DSMF-nin Nizamnamə fondu müəyyənləşib

DSMF-nin Nizamnamə fondu müəyyənləşib Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 üzvdən – İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarətdir.
Daxili siyasət
227
30 İyun , 2020 16:34
DSMF-nin Nizamnamə fondu müəyyənləşib

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 üzvdən – İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarətdir.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq etdiyi Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsində öz əksini tapıb.

Fondun nizamnamə fondu 5 000 000 (beş milyon) manatdır.

Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin əmək pensiyalarının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün ayrılan büdcə vəsaitindən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daxil olan məcburi dövlət sosial sığorta vəsaitindən, maliyyə sanksiyalarından və faiz məbləğlərindən, fəaliyyətindən əldə olunmuş digər gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Fond öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

Qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququ vardır.

Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə, müvafiq olaraq, dövlət büdcəsinə və ya yerli büdcəyə köçürülə bilər.

Fondun gəlir və xərcləri üzrə əməliyyatlar (saxlanma xərcləri istisna olmaqla) xəzinə hesabı vasitəsilə həyata keçirilir.

Fondun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyil.

Son xəbərlər

Orphus sistemi