DSK sədrləri üçün müşavirə keçiriləcək

DSK sədrləri üçün müşavirə keçiriləcək Bakı. 14 fevral. REPORT.AZ/ Sabah, fevralın 15-də dairə seçki komissiyalarının (DSK) sədrləri üçün müşavirə keçiriləcək.
Daxili siyasət
14 Fevral , 2018 11:46
DSK sədrləri üçün müşavirə keçiriləcək
Report

Bakı. 14 fevral. REPORT.AZ/ Sabah, fevralın 15-də dairə seçki komissiyalarının (DSK) sədrləri üçün müşavirə keçiriləcək.

Bu barədə "Report"a Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, müşavirə MSK-nın inzibati binasında olacaq.

Tədbir Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın seçki komissiyalarına aid olan hissədə icrasına həsr olunur.

Son xəbərlər

Orphus sistemi