Yuxarı

​Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Bu gün Azərbaycanda təhlükəsizlik orqanları işçilərinin peşə bayramı qeyd olunur

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Azərbaycanda təhlükəsizlik orqanları işçilərinin peşə bayramı qeyd olunur.

“Report” xəbər verir ki, bu münasibətlə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev və xidmətin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər, onların məzarı önünə gül dəstələri düzüblər.

DTX əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

“Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Qeyd edək ki, 1919-cu ilin martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi