Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub
Daxili siyasət
19 Yanvar , 2016 16:53
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

"Report" xəbər verir ki, DTX rəisi, general-leytenant Mədət Quliyevin iştirakı ilə keçirilən tədbirdə şəhidlərin məzarı önünə güllər düzülüb. Daha sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Son xəbərlər

Orphus sistemi