Dövlət Statistika Komitəsinin yeni sədri kollektivə təqdim olunub

Dövlət Statistika Komitəsinin yeni sədri kollektivə təqdim olunub Tahir Budaqovu kollektivə Prezident Administrasiyası rəhbərinin müavini təqdim edib
Daxili siyasət
14 Avqust , 2015 12:47
Dövlət Statistika Komitəsinin yeni sədri kollektivə təqdim olunub

Bakı. 14 avqust. REPORT.AZ/ Dövlət Statistika Komitəsinin (DSK) yeni sədri Tahir Budaqov vəzifəsinin icrasına başlayıb. DSK-dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, T.Budaqovu kollektivə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Z.Nağdəliyev Komitənin yeni sədrinə və DSK-nın işçilərinə uğurlar arzulayıb.

Xatırladaq ki, avqustun 13-də Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri təyin edilib. T.Budaqov buna qədər Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

DSK-nın bundan əvvəlki sədri Arif Vəliyev 2014-cü il iyunun 23-də vəfat edib. Həmin tarixdən indiyədək sədri onun birinci müavini Həmid Bağırov əvəz edirdi.

Son xəbərlər

Orphus sistemi