Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə bağlı əsasnaməyə dəyişiklik edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə bağlı əsasnaməyə dəyişiklik edilib Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2007-ci il 9 noyabr tarixli 647 nömrəli
Daxili siyasət
208
25 İyul , 2022 17:40
 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə bağlı əsasnaməyə dəyişiklik edilib

Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısı dövlət əhəmiyyətli tikinti obyektlərinə münasibətdə Nazirlər Kabinetinin razılığı ilə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq ediləcək.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2007-ci il 9 noyabr tarixli 647 nömrəli və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.20-3-cü bəndinə “vasitəsilə” sözündən sonra “və ya bilavasitə” sözləri əlavə edilib.

Son xəbərlər

Orphus sistemi