Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında" qərarında dəyişiklik edib
"Report"un xəbərinə görə, dəyişikliklə Tarif (qiymət) Şurası Katibliyinin işçilərinin sayı artırılıb. Belə ki, Katiblik işçilərinin say həddi 30 vahiddən 33 vahidə qaldırılıb.
Qeyd edək ki, şura üçün xidməti minik avtomaşınlarının limiti 2 ədəddir.