Yuxarı

Dövlət Neft Fondunun 2016-cı il büdcəsində dəyişiklik edilib

Prezident İlham Əliyev fərman imzalayıb

Bakı. 18 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2015-ci il tarixli 719 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. “Report” “xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 dekabr tarixli 719 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, №12, maddə 1473) aşağıdakı dəyişikliklər edilib:

1-ci hissədə “6 711 564,1” rəqəmləri “4 578 474,6” rəqəmləri ilə və “8 181 399,7” rəqəmləri “10 668 933,7” rəqəmləri ilə əvəz edilib.

2-ci hissədə verilmiş cədvəlin 2.1-ci bəndində “6 094 053,0” rəqəmləri “3 875 682,4” rəqəmləri ilə, 2.2-ci bəndində “2 100,0” rəqəmləri “3 402,0” rəqəmləri ilə, 2.3-cü bəndində “12 600,0” rəqəmləri “19 278,0” rəqəmləri ilə, 2.4-cü bəndində “602 790,1” rəqəmləri “679 950,2” rəqəmləri ilə, 2.5-ci bəndində “21,0” rəqəmləri “162,0” rəqəmləri ilə və gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “6 711 564,1” rəqəmləri “4 578 474,6” rəqəmləri ilə əvəz edilib.

 3-cü hissədə verilmiş cədvəl aşağıdakı redaksiyada verilib:

Sıra №-siXərc istiqamətləriXərclərin məbləği(min manat)
3.1.Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi90 000,0
3.2.Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert7 615 000,0
3.3.Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi70 000,0
3.4.Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi137 621,7
3.5.2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi36 558,0
3.6.Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi2 355 318,0
3.7.Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi331 776,0
3.8.Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər32 660,0
Cəmi10 668 933,7

Fərmanın 5-ci bəndi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası” aşağıdakı redaksiyada verilsin: Azərbaycan Respublikası Dövlət Neft Fondunun

2016-cı ildə idarə edilməsi ilə bağlı

X Ə R C L Ə R  S M E T A S I

Sıra №-si XərclərKodMəbləğ
Əməyin ödənişi2100006,078,280
Malların (işlərin və xidmətlərin) satın alınması2200004,273,448
Qrantlar və digər ödənişlər260000636,700
Təqaüdlər və sosial müavinətlər270000100,000
Digər xərclər28000011,245,950
5.1.İcarə və muzdlu xidmətlər28140086,000
5.2.Sair xərclər2821008,397,950
5.3.Bank xərcləri2823002,762,000
Qeyri-maliyyə aktivlərinin alınması31000010,325,623
XƏRCLƏRİN CƏMİ32,660,000
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi