Dövlət müşaviri: “Ölkənin multikultural təhlükəsizliyi digər təhlükəsizlik doktrinalarından az əhəmiyyətli deyil”

Dövlət müşaviri: “Ölkənin multikultural təhlükəsizliyi digər təhlükəsizlik doktrinalarından az əhəmiyyətli deyil” “AMEA-nın potensialı bu missiyanın gerçəkləşməsində real intellektual mənəvi qüvvədir”
Daxili siyasət
29 Aprel , 2016 14:48
Dövlət müşaviri: “Ölkənin multikultural təhlükəsizliyi digər təhlükəsizlik doktrinalarından az əhəmiyyətli deyil”

Bakı. 29 aprel. REPORT.AZ/ “Ölkənin multikultural təhlükəsizliyi heç də digər təhlükəsizlik doktrinalarından az əhəmiyyətli deyil”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev deyib.

O bildirib ki, bu gün Azərbaycanda multikultural təhlükəsizlik siyasəti Prezident İlham Əliyev tərəfindən aparılır: “Bu gün ölkə başçısı tərəfindən bütün dinlərə, dini icmalara bərabər, eyni dərəcəli münasibət nümayiş etdirilir. Buna görə də bir çox başqa ölkələrdə təəccüblənirlər ki, Azərbaycanda necə olur müxtəlif konfesiyaların nümayəndələri bir-birinə bu cür isti, mehriban, hətta qardaşcasına münasibət bəsləyir. Bu, Azərbaycanın bu gün əldə etdiyi ən böyük multikultural dəyərdir”.

K.Abdullayev bildirib ki, “Multikulturalizm ili” təqvim anlamında dekabr ayının sonunda başa çatacaq, amma mənəvi, sosial, ideoloji, siyasi müstəvidə əbədi davam edəcək. Onun sözlərinə görə, AMEA-nın potensialı bu missiyanın gerçəkləşməsində real intellektual mənəvi qüvvədir.    

Son xəbərlər

Orphus sistemi