Dövlət müşaviri: "Erməni daşnakları milli mənsubiyyətə baxmadan müsəlman-türk olan hər kəsi qətlə yetiriblər"

Dövlət müşaviri: "Erməni daşnakları milli mənsubiyyətə baxmadan müsəlman-türk olan hər kəsi qətlə yetiriblər" Kamal Abdulla: "İnanırıq ki, Azərbaycan öz böyük idealına qovuşacaq"
Daxili siyasət
24 Aprel , 2017 19:17
Dövlət müşaviri: Erməni daşnakları milli mənsubiyyətə baxmadan müsəlman-türk olan hər kəsi qətlə yetiriblər

Lənkəran. 24 aprel. REPORT.AZ/ "Azərbaycan xalqı özünə inam nümayiş etdirib, vaxtilə qəsbkarları torpağından qovdu". 

"Report"un Cənub bürosunun məlumatına görə, bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla deyib.

O bildirib ki, Azərbaycanda türk-müsəlman əhalisinin qırılmasının, genosidə uğramasının tarixi və taleyi var: "Uzun illər bu mövzu qapalı qalıb. Bu gün bütün məsələlər üzə çıxarılır, xalq da bunu bilir. Azərbaycanın bölgələrində - Qubada, Şirvanda, Göyçayda, İrəvan xanlığında olduğu kimi, Bakıda və Lənkəranda da qırğınlar olub. Bunu heç kim dana bilməz. Erməni daşnakları, miletanları milli mənsubiyyətə baxmadan müsəlman-türk olan hər kəsi burada qətlə yetiriblər. Onlar üçün bu yerləri azad etmək ən əsas vəzifə idi. Hətta elə yerlər var ki, orada qeyri-müsəlman əhalini də soqırıma məruz qoyublar ki, təki erməni şovinistləri, millətçiləri xəyali, öz fantastik iddialarını həyata keçirsinlər. Lakin, bu, baş tutmadı. Azərbaycan xalqı özünə inam nümayiş etdirib, qəsbkarları öz torpaqlarından qovdu. O zaman olduğu kimi, indi də biz bunu edəcəyik. Azərbaycan Prezidentin bu istiqamətdə gördüyü möhtəşəm fəaliyyət göz qabağındadır. İnanırıq ki, Azərbaycan öz böyük idealına qovuşacaq."

Son xəbərlər

Orphus sistemi