Dövlət Miqrasiya Xidmətinin yubiley medalı təsis edilir

Dövlət Miqrasiya Xidmətinin yubiley medalı təsis edilir Yubiley medalı döşün sol tərəfinə, digər orden və medalları olduqda onlardan sonra taxılır
Daxili siyasət
22 Dekabr , 2016 17:31
Dövlət Miqrasiya Xidmətinin yubiley medalı təsis edilir

Bakı. 22 dekabr. REPORT.AZ/ "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)" yubiley medalı təsis ediləcək.

"Report"un xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi təklif edilir.

Təsis edələcək yubiley medalı döşün sol tərəfinə, digər orden və medalları olduqda onlardan sonra taxılır. Yubiley medalı ilə miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən miqrasiya orqanlarının işçiləri, habelə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində, miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində fəal iştirak edən digər şəxslər təltif ediləcəklər.

Layihə Milli Məclisin 2016-cı il üçün sonuncu plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi