Dövlət Miqrasiya Xidmətinin yeni sədri: “Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək”

Dövlət Miqrasiya Xidmətinin yeni sədri: “Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək” Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Əfqan oğlu Hüseynov Xidmətin kollektivinə təqdim edilib.
Daxili siyasət
24 Aprel , 2018 17:54
Dövlət Miqrasiya Xidmətinin yeni sədri: “Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək”
Migration.gov.az

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Əfqan oğlu Hüseynov Xidmətin kollektivinə təqdim edilib.

“Report”un xəbərinə görə, yeni xidmət rəisini kollektivə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təqdim edib.

R.Mehdiyev Vüsal Hüseynovun keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin miqrasiya sahəsinə xüsusi diqqət və qayğısından danışıb, dünyada bu məsələnin aktuallığını qeyd edib. Miqrasiya proseslərinin tənzimlənməsinin də ölkədə aparılan siyasətin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb. R.Mehdiyev dövlət başçısı tərəfindən miqrasiya sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı Xidmətin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

V.Hüseynov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, dövlət başçısının Dövlət Miqrasiya Xidməti ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqli şəkildə icrasının təmin ediləcəyini vurğulayıb.

V.Hüseynov Xidmətin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, normativ-hüquqi bazanın və inzibati icraatın təkmilləşdiriləcəyini bildirib və DMX-nin fəaliyyətində sistemli yanaşma və müraciət edənlərin məmnunluğunun təmin ediləcəyi prinsiplərin rəhbər tutulacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi