Dövlət Komitəsinin sədri: "Azərbaycanda qadınların ictimai həyatın bütün sahələrində rolu ildən-ilə artır"

Dövlət Komitəsinin sədri: "Azərbaycanda qadınların ictimai həyatın bütün sahələrində rolu ildən-ilə artır" "Azərbaycanda qadınların ictimai həyatın bütün sahələrində rolu ildən-ilə artır".
Daxili siyasət
7 Mart , 2022 16:16
Dövlət Komitəsinin sədri: Azərbaycanda qadınların ictimai həyatın bütün sahələrində rolu ildən-ilə artır

"Azərbaycanda qadınların ictimai həyatın bütün sahələrində rolu ildən-ilə artır".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün ölkənin ictimai, sosial-iqtisadi, mədəni, mənəvi həyatında qadınlar fəal iştirak edərək onlara göstərilən etimadı şərəflə doğruldurlar: "Dövlətin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycan qadınları həm ölkə daxilində, həm də xaricdə ölkəmizi layiqincə təmsil edirlər".

B.Muradova bildirib ki, Azərbaycan qadınları dövlətin dəstəyini hər zaman hiss edirlər: "Prezident İlham Əliyev qadınların çalışdıqları hər sahədə uğur qazanmaları, şəxsi həyatla ictimai fəaliyyətlərini tam uyğunlaşdırmaları üçün ölkədə hər bir şərait yaradıb".

Son xəbərlər

Orphus sistemi