Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib

Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib Nazirlər Kabineti “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 dekabr tarixli 261 nömrəli Qərarında dəyişiklik edilməsi barəd
Daxili siyasət
525
27 İyul , 2020 18:01
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib.

“Report” xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dövlət Komitəsinin kollegiyası 13 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə problemləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Qadın problemləri və gender məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Hüquqi təminat şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Regional mərkəzlərlə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun müdiri

Son xəbərlər

Orphus sistemi