"Qaçqınkom": Müxtəlif tipli obyektlərdə 40 mindən çox məcburi köçkün ailəsi məskunlaşıb

"Qaçqınkom": Müxtəlif tipli obyektlərdə 40 mindən çox məcburi köçkün ailəsi məskunlaşıb Hazırda respublika üzrə məktəb, uşaq bağçası, yataqxana, inzibati sanatoriya, pansionat və s. bu tipli obyektlərdə 40 mindən çox ailə müvəqqəti məskunlaşıb
Daxili siyasət
188
6 Mart , 2021 16:31
Qaçqınkom: Müxtəlif tipli obyektlərdə 40 mindən çox məcburi köçkün ailəsi məskunlaşıb

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının ötən gün keçirilən VII qurultayındakı çıxışı zamanı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə köçürülmə zamanı ilk növbədə, ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə üstünlük verilməlidir. Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülüb, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və çağırışı ilə özəl sektor bu işə qoşulub və onlar tərəfindən bir neçə yaşayış kompleksi tikilərək məcburi köçkünlərin istifadəsinə verilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, bu günədək 300 mindən çox məcburi köçkünün mənzil məişət şəraiti yaxşılaşdırılıb.

"Hazırda respublika üzrə məktəb, uşaq bağçası, yataqxana, inzibati sanatoriya, pansionat və s. bu tipli obyektlərdə 40 mindən çox ailə müvəqqəti məskunlaşıb. Hazırda işğaldan azad edilən ərazilərin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı qeyd edilən inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr də yeni yaşayış sahələri ilə təmin olunacaqlar", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi