Dövlət Komitəsi boşanmaların artmasına münasibət bildirib

Dövlət Komitəsi boşanmaların artmasına münasibət bildirib "2020-2021-ci illəri əvvəllki illərlə müqayisə etmək düzgün deyil. Nəinki nikah və boşanmaları, həmçinin digər məsələləri. Çünki bu rəqəmlər bizə heç nə verməyəcək".
Daxili siyasət
12 Noyabr , 2021 14:11
Dövlət Komitəsi boşanmaların artmasına münasibət bildirib
0 : 00
0 : 00

"2020-2021-ci illəri əvvəllki illərlə müqayisə etmək düzgün deyil. Nəinki nikah və boşanmaları, həmçinin digər məsələləri. Çünki bu rəqəmlər bizə heç nə verməyəcək".

Bu fikirləri "Report"a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib.

Onun sözlərinə görə, pandemiyaya görə toylara icazə verilməyib və başqa səbəblər və psixoloji məqamlar boşanmalara təsir edib: "Ümumiyyətlə, 2019-cu ilə qədər nikahların sayında müəyyən qədər sabit azalma, boşanmaların sayında isə artma müşahidə edilib. Dünya təcrübəsində də boşanmalar 70-80 faiz üstünlük təşkil edir".

Son xəbərlər

Orphus sistemi