Dövlət Komissiyasının katibi: "Fotoşəkilləri olmayan itkinlərin fotorobotlarının hazırlanması üçün zəruri tədbirlər görülüb"

Dövlət Komissiyasının katibi: "Fotoşəkilləri olmayan itkinlərin fotorobotlarının hazırlanması üçün zəruri tədbirlər görülüb" Bakı. 1 noyabbr. REPORT.AZ/ “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında ilkin vəzifə olaraq itkin düşmüş şəxslərə aid siyahı dəqiqləşdirilib və hazırda Dövlət Komissiyasında 3888 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alınıb”.
Daxili siyasət
1 Noyabr , 2018 12:01
Dövlət Komissiyasının katibi: Fotoşəkilləri olmayan itkinlərin fotorobotlarının hazırlanması üçün zəruri tədbirlər görülüb

Bakı. 1 noyabbr. REPORT.AZ/ “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında ilkin vəzifə olaraq itkin düşmüş şəxslərə aid siyahı dəqiqləşdirilib və hazırda Dövlət Komissiyasında 3888 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alınıb”.

“Report” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

İ.Axundov qeyd edib ki, onlara aid fotoşəkillər toplanıb və yenilənmiş bazalara əlavə edilib, fotoşəkilləri olmayan itkinlərin fotorobotlarının hazırlanması üzün zəruri tədbirlər görülüb, axtarış-araşdırma, eksqumasiya və identifikasiya sahəsində beynəlxalq təcrübə öyrənilib: “Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə imzalanmış çərçivə sazişinə uyğun olaraq itkin düşmüş şəxslərin yaxın qohumlarından toplanmış bioloji nümunələrin DNT formulalarının çıxarılması üçün Daxili İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılıb, intensiv hərbi əməliyyatlar dövründə həlak olaraq ölkə ərazisində tanınmadan dəfn edilmiş 195 naməlum məzarın yeri müəyyənləşdirilərək GPS koordinatları çıxarılıb, dövlətimizin başçısının tapşırığı ilə əsir-girovluqdan azad edilmiş şəxslərin ifadələri əsasında Azərbaycan və ingilis dillərində kitab nəşr edilib və digər tapşırıqlar icra olunub”.

Son xəbərlər

Orphus sistemi