DGK-dan "Report"a verilən məlumata görə, tədbirdə komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, sədr müavinləri və idarə rəisləri, akademiya rəhbərliyi, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, bir sıra ali təhsil müəssisələrinin rektorları və valideynlər iştirak ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
S.Mehdiyev bildirib ki, əsası ümummilli lider
Komitə sədri akademiyanın sayca ikinci məzun gününü qeyd etməsini, məzunların ən mötəbər universitetlərdə magistr pilləsinə qəbul olunmasını yüksək qiymətləndirib və istər təhsil, istər gələcək karyeralarında Vətənə, müstəqil dövlətimizə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.
Akademiyanın rəisi Qulu Novruzov deyib ki, DGKA-nı 45 məzun bitirir və əksəriyyəti qəbul zamanı 600-dən çox bal toplayıb. Sürətlə inkişaf edən Azərbaycanda bütün sahələrdə olduğu kimi gömrük orqanlarında da köklü islahatlar aparılır və bu islahatların uğurla reallaşdırılmasında ixtisaslı kadrlara da ehtiyac var. Bu baxımdan da Dövlət Gömrük Komitəsinin Akademiyası insan kapitalının yetişdirilməsi yolunda mühüm bir missiyanı yerinə yetirir.
Q.Novruzov akademiyada yüksək təhsil mühitinin yaradılmasına görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik
Daha sonra məzunlara diplomlar təqdim olunub. Akademiya birincisi olan "Hüquqşünaslıq" ixtisası üzrə məzun Böyükağa Qasımov S.Mehdiyev tərəfindən təltif edilib. “Tələbəlik illəri ərzində aktiv fəaliyyətinə görə” isə 5 məzun mükafatlandırılıb.
“Məzun Günü” bədii hissə ilə davam edib.