Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" qərar qəbul edib.
"Report"un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərar 2016-cı il 1 fevral tarixindən qüvvəyə minir.
Qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli müəyyənləşib:
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 | 116 |
2 | 121 |
3 | 126 |
4 | 132 |
5 | 138 |
6 | 144 |
7 | 151 |
8 | 158 |
9 | 165 |
10 | 172 |
11 | 179 |
12 | 187 |
13 | 196 |
14 | 210 |
15 | 228 |
16 | 267 |
17 | 360 |
18 | 486 |
19 | 750 |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli isə belədir:
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 | 145 |
2 | 152 |
3 | 159 |
4 | 166 |
5 | 173 |
6 | 180 |
7 | 188 |
8 | 196 |
9 | 206 |
10 | 218 |
11 | 230 |
12 | 242 |
13 | 254 |
14 | 278 |
15 | 304 |
16 | 352 |
17 | 450 |
18 | 576 |
19 | 795 |