​Dövlət başçısı: “İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir”

​Dövlət başçısı: “İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir” “Ordu quruculuğuna daha böyük diqqət göstərilməlidir”
Daxili siyasət
9 Aprel , 2016 12:04
​Dövlət başçısı: “İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir”

Bakı. 9 aprel. REPORT.AZ/ Ordu quruculuğuna daha böyük diqqət göstərilməlidir.

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan edib.

Dövlət başçısı buna nail olmaq üçün iqtisadiyyatın sürətlə inkişaf etməsinin əhəmiyyətinə toxunub. “İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir”, - deyən dövlət başçısı bildirib ki, ölkədə biznes mühiti yaxşılaşdırılır, sahibkarlara yardımlar davam etdirilir, investisiyaların təşviqi, bank sektorunun möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər görülür.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinin, yeni iş yerlərinin yaradılmasının vacibliyini vurğulayıb, paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə başlanacağını diqqətə çatdırıb.

Dövlət başçısı bildirib ki, bu il 40-dan çox kənd yolu layihəsinin icrası, nəqliyyat dəhlizlərində vahid tarif siyasətinin həyata keçirilməsi, Ələt dəniz limanının yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi, genişmiqyaslı ekoloji tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılacaq.

Son xəbərlər

Orphus sistemi