Dövlət ​AZƏRTAC-ın xaricdəki müxbirlərinin təhsil alan övladlarının hər biri üçün 500 dollar ödəyəcək

Dövlət ​AZƏRTAC-ın xaricdəki müxbirlərinin təhsil alan övladlarının hər biri üçün 500 dollar ödəyəcək Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Daxili siyasət
28 Avqust , 2015 17:20
Dövlət ​AZƏRTAC-ın xaricdəki müxbirlərinin təhsil alan övladlarının hər biri üçün 500 dollar ödəyəcək

Bakı. 28 avqust. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında" qərarında dəyişiklik edib.

"Report"un xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliklə AZƏRTAC-ın xarici ölkələrdə çalışan xüsusi müxbirlərinin ümumtəhsil məktəblərində təhsil alan övladlarının hər birinin aylıq təhsil haqlarının 500 ABŞ dollarından çox olmayan hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi təmin ediləcək.

Qeyd edək ki, qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi