Yuxarı

Dövlət Agentliyi 14 nazirlik üzrə qiymətləndirmə işini başa çatdırıb - SİYAHI

Anar Hüseynov: “Qiymətləndirmənin yekun nəticələri bu ilin sonunda açıqlanacaq”

Bakı. 23 iyul. REPORT.AZ/ Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təqdim edilən elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə fəaliyyəti proqramının icrasını davam etdirir.

“Report”un xəbərinə görə, 15 dövlət qurumu (14 nazirlik və 1 dövlət komitəsi) üzrə elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə işi yekunlaşıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Report”a açıqlamasında bildirib ki, mərkəzi icra hakimiyyəti orqanlarının göstərdiyi elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmənin yekun nəticələri bu ilin sonunda açıqlanacaq.

Dövlət orqanının adı                                                                                     Qiymətləndirmənin başlandığı

                                                                                                                                 və yekunlaşdığı tarix

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 18.04.2016 25.04.2016
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 18.04.2016 02.05.2016
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 18.04.2016 10.05.2016
4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi 26.04.2016 17.05.2016
5. Azərbaycan Respublikasının Energetika Nazirliyi 03.05.2016 10.05.2016
6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 10.05.2016 24.05.2016
7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 18.05.2016 25.05.2016
8. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 18.05.2016 01.06.2016
9. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 25.05.2016 01.06.2016
10. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 26.05.2016 16.06.2016
11. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 02.06.2016 16.06.2016
12. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi 17.06.2016 24.06.2016
13. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 17.06.2016 24.06.2016
14. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi 17.06.2016 24.06.2016
15. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 25.06.2016 04.07.2016

16.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

01.08.2016

08.08.2016
17. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi 01.08.2016 22.08.2016
18. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 01.08.2016 08.08.2016
19. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 09.08.2016 16.08.2016
20. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 23.08.2016 30.08.2016
21. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 23.08.2016 30.08.2016
22. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 31.08.2016 14.09.2016
23. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 31.08.2016 05.09.2016
24. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 31.08.2016 14.09.2016
25. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 15.09.2016 29.09.2016
26. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 15.09.2016 29.09.2016
27. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 15.09.2016 22.09.2016
28. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 30.09.2016 07.10.2016
29. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi 30.09.2016 07.10.2016
30. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası 30.09.2016 07.10.2016
31. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası 10.10.2016 24.10.2016
32. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi 10.10.2016 17.10.2016
33. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 10.10.2016 17.10.2016
34. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 24.10.2016 14.11.2016
35. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 24.10.2016 14.11.2016
36. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi 15.11.2016 21.11.2016
37. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 15.11.2016 21.11.2016
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi