DMX əcnəbilərə müraciət etdi

DMX əcnəbilərə müraciət etdi Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
Daxili siyasət
1181
20 Avqust , 2020 11:35
DMX əcnəbilərə müraciət etdi

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Bu barədə “Report”a DMX-dən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma və vətəndaşlığa bərpa ilə bağlı əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikası vətəndaşlarının müraciətləri 20 avqust 2020-ci il tarixdən etibarən həftənin I-V günləri saat 09:00-dan 18:00-dək (13:00-dan 14:00-dək nahar fasiləsi) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında və regional miqrasiya idarələrinin (Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla) inzibati binalarında qəbul ediləcək.  
 

Son xəbərlər

Orphus sistemi