DYP bayram günlərində rayonlara getmək istəyənlərə müraciət etdi

DYP bayram günlərində rayonlara getmək istəyənlərə müraciət etdi Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bəzi şəhər və rayonlarda tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “ica
Daxili siyasət
28 Dekabr , 2020 19:19
DYP bayram günlərində rayonlara getmək istəyənlərə müraciət etdi

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bəzi şəhər və rayonlarda tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar, xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayram qabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədilə DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, həftənin şənbə və bazar, habelə bayram günləri fəaliyyət göstərməyən xidmət sahələrində çalışan işçilərə müvafiq ezamiyyə vərəqələrinin verilməsinə və ya “icaze.e-gov.az” portalına bu barədə məlumatların daxil edilməsinə baxmayaraq, həmin şəxslər ezam olunduqları ərazilərə həftəsonu gedəcəkləri təqdirdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərin sərhədlərində yerləşən xüsusi karantin postlarından buraxılmayacaqlar.

"Qeyd olunanları və azyaşlı övladları ilə digər regionlara getməyə cəhd göstərən şəxslərin karantin postlarından qaytarılmalarının uşaqlara mənfi təsir göstərə biləcəyini də nəzərə alaraq, infeksiyanın geniş yayılmaması üçün belə səfərlərə çıxmaq fikrindən daşınmaları tövsiyə olunur", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi