Yuxarı
    Bağlamaq

    DİN Türkan qəsəbəsində maarifləndirici tədbir keçirib

    Tədbir 119, 262 və 256 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutub

    Bakı. 7 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Xəzər rayonunun Türkan qəsəbəsində maarifləndirici tədbir keçirilib.

    Nazirlikdən "Report"a verilən məlumata görə, tədbir qəsəbədəki Mədəniyyət Evində 119, 262 və 256 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutub.

    DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov toplantının məqsədini və müzakirə ediləcək mövzuları elan edib. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ın tələb və prinsiplərini izah edərək bəşəri problem olan bu növ qanunazidd əməllərlə mübarizədə hər bir gəncin fəal mövqe nümayiş etdirməsini iştirakçıların nəzərinə çatdırıb.

    Daha sonra A.Adığızəlov "Yetkinlik yaşına çatmayanların cinayətə meyillikərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının eləcədə radikal dini qrupların qeyri-qanuni fikirlərini ifadə edən ədəbiyyatların məktəblərdə yayılmasının və təbliğinin qarşısının alınmasında daxili işlər orqanlarının rolu", Xəzər Rayon Mərkəzi Xəstəxanasının baş narkoloq-həkimi Z.Cabbarov yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik yoxsa həyat”, Xəzər rayon Qeydiyyat İdarəsinin rəisi N.Əhmədzadə ”Yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması” mövzularında çıxışlar ediblər.

    Mövzular ətrafında Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Azər Muradov, rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balaşov, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyalarının məsul əməkdaşları, məktəb direktorları, pedaqoji heyət, psixoloqlar çıxış ediblər.

    Daha sonra geniş diskussiya aparılıb, məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müzakirə edilən mövzularla bağlı videoçarx nümayiş etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi