DİN: Referendum günü şəxsiyyət vəsiqəsi alınması üçün sənədlərin qəbulu davam edəcək

DİN: Referendum günü şəxsiyyət vəsiqəsi alınması üçün sənədlərin qəbulu davam edəcək “Sənədlərin qəbulu səhər saat 8.00-dan axşam saat 20.00-dək həyata keçiriləcək”
Daxili siyasət
24 Sentyabr , 2016 12:25
DİN: Referendum günü şəxsiyyət vəsiqəsi alınması üçün sənədlərin qəbulu davam edəcək

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) günü ilə əlaqədar həmin günün qeyri-iş günü olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin (DİN) şəhər-rayon polis orqanlarının müvafiq qurumlarında şəxsiyyət vəsiqəsinin alınması üçün sənədlərin qəbulu davam edəcək.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

“Sənədlərin qəbulu səhər saat 8.00-dan axşam saat 20.00-dək həyata keçiriləcək”, - DİN-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi