DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanları tərəfindən iyulun 3-dən 4-dək 101 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.
Daxili siyasət
1221
4 İyul , 2018 10:12
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanları tərəfindən iyulun 3-dən 4-dək 101 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu müddətdə əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi