Yuxarı

DİN-in şöbə rəisi: "Bu ilin ötən dövründə Azərbaycanda insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb"

Bu cinayətlərlə bağlı 26 nəfər məsuliyyətə cəlb edilib

Bakı. 10 noyabr. REPORT.AZ/ "Bu ilin 10 ayı ərzində Azərbaycanda insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov deyib.

O bildirib ki, 7 məcburi əməyə cəlbetmə faktı da aşkarlanıb: “Görülən işlər nəticəsində 11 insan alveri məqsədilə sənədlərin qanunsuz hazırlanması faktı da qeydə alınıb”.

İ.Qurbanov qeyd edib ki, bu cinayətlərlə bağlı 26 nəfər məsuliyyətə cəlb edilib.

Şöbə rəisi əlavə edib ki, bütövlükdə 58 insan insan alverinin qurbanı müəyyən olunub: “Onlara təzminat verilməklə bütün zəruri tədbirlər görülüb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi