DİN-in rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri və nümunəsi təsdiqlənib

DİN-in rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri və nümunəsi təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Daxili siyasət
1 İyun , 2015 20:22
DİN-in rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri və nümunəsi təsdiqlənib

Bakı. 1 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmana əsasən Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri təsdiq edilib (Əlavə I).

Eyni zamanda Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının nümunəsi təsdiq edilib (Əlavə II).

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli 1499 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 515, № 7, maddə 622; 2011, № 9, maddə 811; 2013, № 6, maddə 711) 1-ci hissəsi ləğv edilib.

Son xəbərlər

Orphus sistemi