​DİN-in rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları belə olacaq - FOTO

​DİN-in rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları belə olacaq - FOTO Dövlət başçısı müvafiq fərman imzalayıb
Daxili siyasət
1 İyun , 2015 23:38
​DİN-in rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları belə olacaq - FOTO

Bakı. 1 İyun. REPORT.AZ/ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları təsdiq edilib.

"Report" xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu barədə müvafiq fərman imzalayıb:

1. Ali rəis heyətinin geyim forması

1.1. Parad-çıxış furajkası

Parad-çıxış furajkası oval formalı olub tünd göy rəngli yun parçadan tikilir, dib, yan hissələrdən, dayaq və günlükdən ibarətdir. Yan hissələrlə dibin birləşmə xəttində 0,3 sm enində bəzək kantı tikilir. Yan hissələr 4 hissədən ibarətdir. Dayaq birtikişlidir, üzərinə 4 sm enində bəzək lenti tikilir. Günlük eni 6 sm ön hissədən ibarətdir. Furajka astarlıdır. Astar dib və yan hissələrdən ibarətdir. Alınlıq 4,5 sm enində olub dəridən tikilir. Furajkanın hər iki yan tərəfində bir-birindən 2 sm aralıda 1,2 sm diametrli hava keçirmək üçün ortası torlu bir cüt xüsusi basmadüymə bərkidilir. Furajkanın günlüyü qızılı saplarla toxunmuş iki sıra palıd yarpağı ilə bəzədilir. Dayağın üstündə günlük boyu eni 1,5 sm olan, üstü qızılı saplarla toxunmuş, gerb həkk olunmuş iki kiçik düymə ilə dayağa bərkidilmiş kəmərcik olur. Kəmərciyin üstündə mərkəzdə kokarda yerləşir.

1.2. Gündəlik furajka

Gündəlik furajka öz konstruksiyasına görə eynilə parad-çıxış furajkası kimidir.

1.3. Pilotka

Pilotka tünd göy rəngli parçadan tikilir. Başlıq və yan hissələrdən ibarətdir. Başlıq ikihissəlidir. Başlığın birləşmə xətti 0,1 sm bəzək tikişi ilə baxyalanır. Yan hissələr başlığın aşağısına birləşir, sol yan hissənin ucu pilotkanın sağ tərəfinə, sağ yan hissənin ucu isə sol tərəfinə tikilir. Sol yan hissənin ucu üstdə olmalıdır. Yan hissənin ucuna eni 0,3 sm olan qızılı rəngli bəzək lenti tikilir. Yan hissənin öndə hündürlüyü 10 sm, arxada 9 sm olmalıdır. Kantın kənarı 0,1 sm bəzək tikişi ilə baxyalanır. Pilotka astarlıdır. Başlıq yan hissələrlə 2,5 sm enində alınlıqla birləşir. Alınlığın kənarları 0,1 sm enində bəzək tikişi ilə baxyalanır. Pilotkanın başlığı və yan hissələri yapışqanlı ara qatı ilə yapışdırılır. Önün sol tərəfində mərkəzdən və aşağıdan 2 sm məsafədə 5,6 x 6,4 sm ölçüdə qızılı rəngli saplardan toxunmuş kokarda olur. Pilotkanın ortada hündürlüyü 14 sm-dir.

1.4. Səhra furajkası

Səhra furajkası kamuflyaj rəngli olub kostyumun əsas parçasından tikilir. Furajka başlıq və günlük hissədən ibarətdir. Başlıq isə altı xiştəkdən ibarətdir. Xiştəklərin birləşmə xəttinin hər iki tərəfi 0,3 sm enində bəzək tikişi ilə baxyalanır. Günlük mərkəzdən simmetrik olur, ortada eni 7,5 sm, günlüyün ortasından 2 sm mərkəzə doğru məsafədəki eni 14 sm-dir. Günlüyün kənarları 0,8-1,6 sm məsafə boyu cüt bəzək tikişi ilə baxyalanır. Furajkanın ön hissəsində günlüyün üstündə eni 2 sm olan, kənarları 0,2 sm bəzək tikişi ilə baxyalanmış, öz parçasından tikilmiş kəmərcik diametri 1 sm olan plastmas düymə ilə birləşir. Xiştəklərin birləşmə xəttinin ortasına və başlığın ortasına diametri 1,5 sm olan plastmas düymə bərkidilir. Arxa 4 xiştəyə diametri 0,8 sm olan açıq basmadüymə bərkidilir. Furajkanın arxasında ölçüləri tənzimləmək üçün plastmas basmacıqlı lent tikilir. Furajkanın içi astarsızdır, xiştəklər isə məxsusi paralonla tikilir. Furajkanın arxa kəsiyinə qara rəngli 0,7 sm enində köbə tikilir. Başlığın yan hissəsinin eni 0,3 sm bəzək tikişi ilə baxyalanır. Başlığın mərkəzində kəmərciyin üstündə hündürlüyü 5,6 x 6,4 sm ölçüdə, qara saplarla toxunmuş kokarda bərkidilir. Günlük qara saplarla toxunmuş iki sıra palıd yarpağı ilə bəzədilir.

1.5. İsti qulaqlı papaq

İsti qulaqlı papaq boz rəngli qaragül dərisindən tikilir, hündürlüyü 12 sm-dir. Dörd xiştəkli başlıqdan, günlükdən və qulaqlıqdan ibarətdir. Qulaqlığın ucuna qaytan tikilir. Başlığın üstü təbii xəzdən, alt detalları isə mahud parçadan tikilir. Başlığın içi möhkəmləndirilmişdir, astarlıdır. Astar 2,5 sm enində ara qatı ilə sırınır. Papağın xiştəkləri 0,2 sm bəzək tikişi ilə baxyalanır. Ön hissədə mərkəzdə aşağıdan 3,5 sm yuxarıya doğru 5,6x6,4 sm ölçüdə qızılı saplarla toxunmuş kokarda bərkidilir.

1.6. Parad-çıxış paltosu

Parad-çıxış paltosu öz konstruksiyasına və rənginə görə gündəlik palto ilə eynidir. Qollardakı qırmızı mahud kantdan 2 sm aşağıda qızılı sapla eni 2,5 sm, uzunluğu 15-16 sm olan palıd yarpağı toxunur.

1.7. Gündəlik palto

Gündəlik palto tünd göy rəngli yun parçadan tikilir, ikibortludur, laskanlıdır, qatlanan yaxalıqlıdır, 4 ədəd forma düyməsi ilə düymələnir. Sol ətəkdə sağ ətəkdəki düymələrə paralel 4 ədəd forma düyməsi tikilir.

Ətəklər iki qarsaqlıdır, yan hissələrində 2 kəsik cib tikilir. Cibin ölçüsü 15-16 sm-dir. Cib girişinə eni 1 sm olan köbə tikilir. Cibin girişinin üst və alt kənarları 0,2 sm enində bəzək tikişi ilə baxyalanır. Ciblər çəpinə qapaqla örtülür. Qapağın eni 7 sm, uzunluğu 18 sm-dir. Qapaqların kənarları, cib qapağının birləşmə xətti 2 sm enində bəzək tikişi ilə baxyalanır.

Yaxalıq dayaqla bütöv biçimlidir və qatlanandır. Üst yaxalıqda asqı ilgəyi tikilir. Yaxalıqla laskan iti bucaq əmələ gətirir. Laskanla yaxalığın sərbəst ucları 7 sm, laskanın eni 9 sm-dir. Yaxalığın dayağının eni qatlanmış vəziyyətdə 5 sm olur. Yaxalığın kənarına eni 0,3 sm olan qırmızı mahuddan kant tikilir.

Kürək iki hissədən ibarətdir və aşağısı 32-34 sm uzunluğunda şlitslə tamamlanır. Orta tikiş və şlitsin kənarı 1 sm enində bəzək tikişi ilə baxyalanır. Şlitsin başlanğıcı 5 sm uzunluğunda tikişlə bəndlənir. Paltonun ətəyi yerdən 50 sm hündürlükdə olur.

Qollar ikitikişlidir. Qolların aşağısında 14 sm uzunluğunda köbə tikilir. Köbənin qola birləşmə xəttinə eni 0,3 sm olan qırmızı mahuddan kant tikilir. Köbənin birləşmə xətti 1 sm enində bəzək tikişi ilə baxyalanır.

Yaxalığın, laskanın, bortun kənarları 1,5 sm enində bəzək tikişi ilə baxyalanır.

Palto aşağıya qədər astarlıdır. Astarın ətəyinin ön hissəsinin sol döş nahiyəsində bir köbəli girişi 14 sm olan kəsmə cib tikilir, bir asılqan düymə ilə düymələnir.

1.8. Plaş-palto

Plaş-palto tünd göy rəngli 30%-li yun tərkibli parçadan tikilir, birbortludur, qatlanan yaxalıqlıdır, laskanlıdır, mərkəzdən 4 ədəd gizli düymə və ilgəklə bağlanır.

Ətəklərin yan hissəsində 3,5 sm enində, 16-17 sm uzunluğunda köbəli kəsik yan ciblər olur.

Alt və üst yaxalıq ayrı biçilmiş dayaqla tikilir. Dayağın ortada eni 3 sm, yaxalığın arxa orta hündürlüyü 4 sm-dir. Yaxalığın ortasına asqı ilgəyi tikilir. Laskanla yaxalığın birləşmə bucağı 400-dir. Yaxalıqla laskanın sərbəst ucları 5 sm, laskanın eni 7 sm-dir. Yaxalığın kənarları 0,3 sm enində qırmızı mahud parçadan olan kantla baxyalanır.

Qollar ikitikişlidir. Qolun aşağısına 14 sm hündürlüyündə köbə tikilir. Köbənin birləşmə xəttində eni 0,3 sm olan qırmızı mahuddan kant tikilir. Köbənin birləşmə xətti 0,5 sm enində bəzək tikişi ilə baxyalanır.

Kürək iki hissədən ibarətdir və aşağısı 28-30 sm uzunluğunda şlitslə tamamlanır. Orta tikiş və şlitsin kənarı 0,5 sm enində bəzək tikişi ilə baxyalanır. Şlitsin başlanğıcı 4 sm uzunluğunda tikişlə bəndlənir.

Yaxalığın, laskanın və bortun kənarı 0,5 sm enində bəzək tikişi ilə baxyalanır.

Plaş-palto aşağıya qədər astarlıdır. Plaş-paltonun ətəyi yerdən 55 sm hündürlükdə olur.

1.9. Qış gödəkcəsi

Qış gödəkcəsi tünd göy rəngli yun parçadan tikilir, mərkəzdən zəncirbəndlə bağlanır və düzbiçimlidir.

Ətək koketka və aşağı hissələrdən ibarətdir. Ön hissənin döş nahiyəsində çəpinə zəncirbəndlə bağlanan 14 sm girişi olan ikiköbəli cibləri vardır. Ciblər fiqurlu orta kəsikdə yerləşir. Ətəyin yan hissəsində eni 3,5 sm, uzunluğu 20,5 sm olan listikli kəsik ciblər vardır. Cibin kənarları 0,2 sm, koketkanın birləşmə tikişi, listikin kənarları 1 sm enində bəzək tikişi ilə baxyalanır.

Kürək koketka və iki aşağı hissədən ibarətdir. Koketkanın və iki aşağı hissənin birləşmə tikişi 1 sm enində bəzək tikişi ilə baxyalanır.

Qol ikitikişlidir. Qolun aşağısına 14 sm hündürlüyündə köbə tikilir. Köbənin birləşmə xəttində eni 0,3 sm olan qırmızı mahuddan kant tikilir. Köbənin birləşmə xətti 0,7 sm enində bəzək tikişi ilə baxyalanır.

Yaxalıq qaragül dərisindən tikilir, qatlanandır, qarmaqla bağlanır, eni uclarda 12 sm, ortada isə 11 sm-dir. Zəncirbəndin kənarları 1 sm enində bəzək tikişi ilə baxyalanır.

Gödəkcə kiteldən 5 sm uzundur.

1.10. Qış səhra gödəkcəsi

Qış səhra gödəkcəsi kamuflyaj rəngli parçadan tikilir.

Gödəkcə düzbiçimlidir, mərkəzdən zəncirbəndlə bağlanır. Ətəklərin yan tərəfində listikli, zəncirbəndlə bağlanan çəpinə kəsmə ciblər tikilir. Cib girişinin ölçüsü 16-17 sm, listikin eni 3 sm-dir.

Kürək bütöv biçimlidir. Qollar ikitikişlidir, aşağı kənarı eni 7 sm olan elastik trikotaj manjetlidir.

Çiyin tikişinin üstündə eni 5 sm olan poqon tikilir. Çiyin tikişi kürək tərəfdən 0,2 sm enində bəzək tikişi ilə baxyalanır.

Gödəkcənin qurşağı elastik trikotajdan tikilir. Qurşağın eni 7 sm-dir. Qurşağın ön tərəfi hər iki ucunun eni 7 sm, uzunluğu 11 sm olan əsas parçadandır. Yaxalıq dayaqlı olub, qaragül dərisindən və əsas parçadan tikilir. Alt yaxalıq dayaqlı, araqatı ilə gücləndirilmiş və 6-7 sm olmaqla sırınmışdır. Qaragül dərisindən yaxalıq alt yaxalığa bəndlənmişdir.

Ətəyə mərkəzdən zəncirbəndin altında 6,5 sm enində küləkdən qoruyan planka tikilir. Planka araqatı ilə sırınmışdır. Sol ətəkdə yaxalıqdan 1 sm aşağıdan başlayan, eni 7 sm olan, ətək boyu üç ədəd basmadüymə ilə bağlanan planka tikilir. Poqonun, qoruyucu plankanın, üstdən qoyma plankanın kənarları 0,5 sm enində bəzək tikişi ilə baxyalanır.

Yaxalığın dayağa birləşmə tikişləri, çiyin tikişi, qolun birləşmə tikişləri, yan tikişlər, cibin kənarları 0,2 sm enində bəzək tikişi ilə baxyalanır. Zəncirbəndin birləşmə tikişi, plankanın birləşmə tikişi, qoruyucu plankanın birləşmə tikişi 0,2 – 0,7 sm enində paralel bəzək tikişi ilə baxyalanır.

Gödəkcə astarlıdır. Astar silikonlu araqatı ilə 6 sm enində tikişlə sırınmışdır.

1.11. Plaş-örtük

Plaş-örtük boz rəngli rezinləşdirilmiş parçadan tikilir. Yaxası açıqdır, bağlanan başlığı var. Qabaq hissəsi görünməyən düymələrlə bağlanır. Qolların çıxarılması üçün kəsik ciblər qoyulur.

1.12. Plaş-örtüyü gəzdirmək üçün qayış

Qayış qara rəngli dəridən tikilir, uzun və qısa çiyinlikdən, eləcə də birləşdirici hissələrdən ibarətdir. Yığılmış halda gəzdirmək üçün uzun və qısa qayışlardan xüsusi ilgəklər hazırlanır.

1.13. Parad-çıxış geyim forması

Parad-çıxış geyim forması tünd göy rəngli 70%-li yun parçadan tikilir, kitel və şalvardan ibarətdir.

Kitel - yarımyapışıq biçimlidir, laskanlıdır, birbortludur və mərkəzdən 4 ədəd forma düyməsi ilə düymələnir.

Ətəyin yuxarı hissəsində fiqurlu qapaqları olan üstdən qoyma ciblər tikilir. Ciblərin hündürlüyü 13,5 sm, eni 13 sm-dir. Ortadan 3,5 sm enində qatlaması olur. Cib qapaqlarının eni uclarda 3,5 sm, ortada isə 5,5 sm-dir. Cib qapaqlarının kənarları, birləşmə xətti, cib qatlamasının kənarı 0,5 sm, cibin özü isə 0,2 sm enində bəzək tikişi ilə baxyalanır. Ətəklərin aşağı hissəsində kəsik yan ciblər tikilir. Cib girişinin ölçüsü 15-16 sm olub, 1 sm enində köbəlidir. Qapağın kənarı, birləşmə xətti 0,5 sm, köbənin kənarı isə 0,2 sm enində bəzək tikişi ilə baxyalanır.

Kürək ikihissəlidir. Orta hissə şlitslə qurtarır. Şlitsin üstü 4 sm enində bəndlənir.

Yaxalıq qatlanandır, üst yaxalıq kəsik dayaqlıdır, dayağın ortada eni 3 sm olur. Yaxalıq laskanla 900-li bucaq əmələ gətirir. Yaxalığın sərbəst ucu 4 sm, laskanın sərbəst ucu 4,5 sm enində olur. Yaxalığın kənarlarına qırmızı mahuddan 0,3 sm kant tikilir.

Qollar ikitikişlidir. Qolun aşağısına 10 sm hündürlüyündə köbə tikilir. Köbənin birləşmə xəttində qırmızı mahuddan eni 0,3 sm olan kant olur. Qollarda, qırmızı mahud kantdan 1,5 sm aşağıda, qızılı sapla eni 2 sm, uzunluğu 14 sm olan palıd yarpağı toxunur.Üst və yan cib qapaqları bir kiçik forma düyməsi ilə düymələnir.

Kitel astarlıdır. Astarın ön hissəsində iki köbəli, bir plastmas düymə və ilgəklə düymələnən döş cibləri vardır.

Şalvar düzbiçimlidir, eni 4,5 sm olan kəsmə qurşaqlıdır, qarmaq və bir düymə ilə düymələnir. Qurşaqda eni 1 sm, uzunluğu 4,5 sm olan 7 ədəd körpücük tikilir. Şalvarın ön hissəsində düz kəsmə yan ciblər vardır. Cib girişi 17 sm olmaqla yuxarı və aşağı hissələri bəndlənir. Şalvarın miyançası zəncirbəndlə bağlanır. Ön hissədə bir qatlama vardır. Şalvarın arxa hissəsində bir qarsaq tikilir. Arxa sağ hissəsində fiqurlu qapaqlı köbəli kəsik ciblər olur. Cib girişinin ölçüsü 14 sm, cib qapağının eni uclarda 3,5 sm, ortada isə 5,5 sm-dir. Cibin və qapaqların kənarları 0,2 sm enində bəzək tikişi ilə baxyalanır. Şalvarın yan tikişlərində qırmızı mahuddan eni 0,3 sm olan kant tikilir. Kantdan 0,5 sm məsafədə ona paralel ön və arxa hissələrdə qırmızı mahuddan 2,5 sm enindədə lampaslar tikilir. Balaq içəri qatlanır.

1.14. Gündəlik geyim forması

Gündəlik geyim forması tünd göy rəngli 70%-li yun parçadan tikilir, kiteldən və şalvardan ibarətdir. Öz konstruksiyasına görə parad-çıxış geyim forması ilə eynidir. Lakin qollarda qızılı sapla toxunmuş palıd yarpağı olmur.

1.15. Yay şalvarı

Yay şalvarı konstruksiyasına görə gündəlik geyim formasının şalvarı ilə eynidir, 40%-li yun parçadan hazırlanır.

1.16. Gündəlik geyim forması (mont)

Gündəlik geyim forması mont və şalvardan ibarətdir, tünd göy rəngli kostyumluq parçadan tikilir.

Mont düzbiçimlidir və mərkəzdən zəncirbəndlə bağlanır.

Ətəklərinin yan tərəfində listikli, çəpinə kəsmə ciblər tikilir. Ciblərin qırışının ölçüsü 16-17 sm, listikinin eni 2,5 sm olur.

Kürək bütöv biçimlidir. Qolları ikitikişlidir, aşağı kənarları eni 7 sm olan elastik trikotaj manjetlidir.

Çiyin tikişinin üstündə eni 2,5x3 sm, aralarındakı məsafə isə 5 sm olan poqon keçirmək üçün 2 ədəd körpücük tikilir. Körpücükdən 2 sm yaxalığa tərəf, tikişdən isə 1 sm arxaya 3 ədəd kiçik ilgək açılır. Çiyin tikişi 0,6 sm enində bəzək tikişi ilə baxyalanır.

Gödəkcənin qurşağı elastik trikotajdan tikilir. Qurşağın eni 7 sm olur. Qurşağın ön tərəfinin hər iki ucu eni 7 sm, uzunluğu 11 sm olan parçadandır.

Yaxalıq dayaqlıdır, elastik trikotaj materialdan tikilir. Yaxalığın eni 4 sm olur. Boyun dibinə astarlıq materialdan asqı ilgəyi tikilir.

Poqonların kənarları və qol dibi 0,2 sm enində bəzək tikişi ilə ətək tərəfinə bəndlənir.

Ətəyin bort hissəsi zəncirbəndin kənarı boyunca 1 sm enində bəzək tikişi ilə baxyalanır.

Ciblərin kənarları və boyun dibi 0,2 sm, qolun dirsək tikişi 0,5 sm enində bəzək tikişi ilə qolun üst tərəfinə baxyalanır. Mont astarlıdır, döş nahiyəsində ikiköbəli cib tikilir. Cibin girişinin ölçüsü 13-14 sm olur. Astar istiləşdirilmiş ara qatı ilə sırınır.

Şalvar konstruksiyasına görə gündəlik geyim formasının şalvarı ilə eynidir.

1.17. Pulover

Pulover düzbiçimlidir, toxunmadır. Ön hissəsi üçbucaq formalı, yaxalıqlıdır.

Yaxalıq 3 sm enində ikiqat toxunmuşdur. Mərkəzdən düz tikişlə birləşir.

Ətəyi 6 sm enində ikiqat toxunmuş manjetlidir.

Kürəyi bütövdür.

Qolları birtikişlidir. Qolların aşağısı 6 sm enində ikiqat tənzimlənən toxunmadır. Qolun dirsək səviyyəsində eni 12x21 sm ölçüdə trikotaj parçadan dirsəklik tikilir. Dirsəkliyin kənarları oval formalıdır, xüsusi tikişlə tikilir. Dirsəklik tikiş xətti boyunca 0,2 sm enində bəzək tikişi ilə baxyalanır. Puloverə yuxarı hissədə qol dibi boyunca 20 sm, yaxalıq boyunca isə 10 sm enində olan trapesiya formalı gücləndirici koketka tikilir. Koketka qol dibi və yaxalıq boyunca 0,2 sm bəzək tikişi ilə baxyalanır.

Çiyin tikişinin üstünə aralarındakı məsafə 5 sm olan, poqon keçirmək üçün 2 ədəd 2,5x3 sm ölçülü körpücük tikilir. Körpücükdən 2 sm yaxalığa, tikişdən 1 sm arxaya tərəf 3 ədəd kiçik ilgək açılır.

Pulover astarsızdır. Yan tikişləri xüsusi trikotaj tikişi ilə tikilir.

1.18. Yay səhra kostyumu

Yay səhra kostyumu gödəkcə və şalvardan ibarətdir, kamuflyaj rəngli pambıq parçadan tikilir.

Gödəkcə düzbiçimlidir, mərkəzdən altı ədəd basmadüymə ilə düymələnir. Ətəyin döş nahiyəsində üstdən qoyma fiqurlu qapaqlı ciblər tikilir. Cibin qapaqları iki ədəd basmadüymə ilə düymələnir. Cib qapaqlarının eni 5,3 sm, cibin eni 17 sm , uzunluğu isə 16,5 sm olur. Cibin və qapağın kənarları 0,2- 0,7 sm, qapağın birləşmə tikişi isə 0,5 sm cüt bəzək tikişi ilə baxyalanır. Cibin ortasında qarşılıqlı qatlama vardır.

Kürək düzbiçimlidir, koketka və aşağı hissədən ibarətdir. Aşağı hissə ortadan qarşılıqlı qatlamalıdır, qatlamanın dərinliyi mərkəzdən 4 sm-dir. Qatlama beldən aşağıya qədər bağlıdır. Koketkanın aşağı hissəsi ilə birləşmə tikişi 0,2-0,7 sm enində cüt bəzək tikişi ilə baxyalanır.

Qol ikitikişlidir, qolun aşağısında eni 7 sm, bir ucu fiqurlu olub, bir basmadüymə ilə düymələnən manjet tikilir. Qolun dirsək tikişində bağlama kəsiyinin hündürlüyü 11 sm-dir. Qolun yuxarısından 15 sm məsafədə, tərs üzündən 4 sm enində və 28 sm uzunluğunda, bir basmadüymə ilə düymələnən kəmərcik tikilir. Kəmərcik qolun qısalaşdırılması funksiyasını daşıyır.

Yaxalıq dayaqlıdır, dayağın hündürlüyü 3 sm, yaxalığın eni ortada 9 sm, uclarda isə 8 sm-dir. Çiyin tikişinə eni 5 sm, uclarda isə eni 3,5 sm, bir basmadüymə ilə düymələnən poqon tikilir.

Bortun, yaxalığın, poqonun, çiyin tikişinin, körpücüyün və manjetin kənarları 0,2-0,7 sm cüt bəzək tikişi ilə baxyalanır. Gödəkcənin ətəyi 2,5 sm tikişlə baxyalanır. Yaxalığın ortasında əsas parçadan asqı ilgəyi tikilir.

Gödəkcə yarıastarlıdır, astarın döş nahiyəsində eni 2 sm köbəli, girişi 14,5 sm olan daxili ciblər tikilir. Kürəyin orta hissəsində astarın uzunluğu 14 sm olmaqla qol dibinə bəndlənir.

Gödəkcə şalvarın içinə salınır.

Şalvar düzbiçimlidir, ön hissədə girişi 18 sm olan yan ciblər vardır, ön qat xəttində dərinliyi 2,5 sm olan 1 ədəd qatlama olur. Yan tikişlərin üstündə yan ciblərdən 15 sm aşağıda üstdən qoyma qapaqlı ciblər tikilir. Qapağın ortada eni 5,3 sm, uzunluğu 19 sm, cibin eni 18,5 sm, uzunluğu isə 19 sm-dir. Cibin ortasında dərinliyi 2 sm olan qarşılıqlı qatlama vardır. Cib iki basmadüymə ilə düymələnir. Cib qapağının kənarları 0,2-0,7 sm cüt, birləşmə xətti isə 0,7 sm bəzək tikişi ilə baxyalanır. Şalvarın arxa hissələrində fiqurlu qapaqlı, bir basmadüymə ilə düymələnən kəsik ciblər olur. Cib köbəsinin eni 2 sm, kənarları 0,2 sm, qapaqlarının kənarları isə 0,2-0,7 sm cüt bəzək tikişi ilə baxyalanır. Şalvarın ön hissəsi miyançalıdır və çəpinə ilgəkli üç plastmas düymə ilə düymələnir. Şalvarın yuxarı hissəsində 4,5 sm enində iki hissədən ibarət kəmər tikilir. Şalvarın yan tikişləri səviyyəsində 14 sm məsafədə eni 4,5 sm olan rezin tikilir. Yan tikişdən 2 sm önə tərəf eni 3,7 sm, uzunluğu 12 sm olan tənzimləyici kəmərcik tikilir. Arxa hissənin ortasından önə tərəf eni 3,7 sm, uzunluğu 6 sm olan kəmərciyin alt hissəsi tikilir. Kəmərciklər bir-birinə yapışqanlı lentlə bağlanır. Kəmərdə eni 2 sm, uzunluğu 5 sm olan 4 ədəd körpücük tikilir. Kəmər uclarda bir basmadüymə ilə düymələnir. Miyançanın üstündəki bəzək tikişinin eni 3,5 sm-dir. Kəmərin, körpücüyün kənarları 0,2 sm, kəmərciyin kənarları isə 0,2-0,7 sm cüt bəzək tikişi ilə baxyalanır. Şalvarın balağından 4 sm yuxarıya yan tikişdən 4 sm önə tərəf eni 4 sm, uzunluğu 13 sm olan yapışqanlı lentlə tənzimlənən kəmərcik tikilir. Balaqdan 10 sm yuxarıda addım və yan tikişlərdə tənzimləyici qaytan üçün plastmas düymələr tikilir. Balağa eni 3 sm, uzunluğu 44 sm, uclarında ilgəkləri olan, rezinlə tənzimlənən qaytan tikilir. Qaytanın kənarları 0,2 sm, şalvarın balağı isə 2,5 sm enində bəzək tikişi ilə baxyalanır.

1.19. Uzunqol köynək

Uzunqol köynək parad-çıxış formasında ağ, gündəlik geyim formasında isə açıq boz rəngli pambıq parçadan tikilir. Köynək mərkəzdən diametri 1,1 sm olan yeddi ədəd plastmas düymə və ilgəklərlə bağlanır.

Ətəyin döş hissəsində bir düymə və ilgəklə bağlanan üstdən qoyma fiqurlu qapaqlı cib tikilir. Cibin ortasında 3,5 sm enində qatlama var. Cibin hündürlüyü ortada 13,5 sm, kənarlarda isə 11,5 sm-dir. Cib qapağının eni uclarda 3,5 sm, ortada 5,5 sm-dir. Cib qapağının birləşmə xətti 0,5 sm, kənarları və cib isə 0,2 sm enində bəzək tikişi ilə baxyalanır.

Kürək koketkalıdır və iki qatdan ibarətdir. Kürək hissədə iki qatlama var.

Köynək dayaqlı yaxalıqlıdır. Yaxalığın uclarının eni 7 sm, orta hissəsi isə 4 sm olur.

Qollar qol dibinə tikilir. İkitikişlidir. Qolun aşağı kəsiyi fiqurlu manjetlidir, eni 7,5 sm-dir. Kənarları 0,2 sm, birləşmə xətti isə 1 sm enində bəzək tikişi ilə baxyalanır. Manjetin özü bir düymə və ilgəklə düymələnir. Onun qol tikişinə birləşmə xəttində 10 sm uzunluğunda bir düymə və ilgəklə bağlanan şlits olur.

Çiyin tikişinin üstündə poqon keçirmək üçün 2,5x3 sm ölçülü, aralarındakı məsafə isə 5 sm olan 2 ədəd körpücük tikilir. Körpücükdən 2 sm yaxalığa, tikişdən 1 sm arxaya tərəf 3 ədəd kiçik ilgək açılır.

Köynəyin ətəyi 7 sm enində içəri qatlanır, kəmər funksiyasını daşıyır və kənar tikişləri 0,2 sm enində bəzək tikişi ilə baxyalanır. Köynəyin ətəyi düzbiçimli olur, yan tikişlərin üstündə 14 sm məsafədə kəmər boyu tənzimləyici rezin tikilir.

Köynək şalvarın üstünə salınır.

1.20. Qısaqol köynək

Qısaqol köynək açıq boz rəngli olub öz konstruksiyasına görə uzunqol köynəklə eynidir. Qol qol dibinə tikilir, birtikişlidir, qolların aşağısı qatlama manjetlidir. Qolların uzunluğu dirsəkdən 3 sm yuxarı olur. Manjetin eni 3 sm, yuxarı kənarı 0,5 sm enində bəzək tikişi ilə baxyalanır.

Köynək şalvarın üstünə salınır.

1.21. Qalstuk

Qalstuk parad-çıxış və gündəlik geyim formaları üçün tünd göy rəngli ipək parçadan tikilir. Qalstuk əsas hissədən, daimi düyündən və boyunluqdan ibarətdir.

Əsas hissə 450-li bucaq altında kəsilir.

Daimi düyünün hündürlüyü 5 sm-dir.

Boyunluq əsas parçadan, rezindən və metal qarmaqlardan ibarətdir. Əsas hissənin uzunluğu 1-3-cü boylar üçün 40 sm, 4-6-cı boylar üçün isə 43 sm-dir. Sağ ikiqat rezinin uzunluğu 7 sm, sol rezinin uzunluğu isə 10 sm-dir. Qalstukun ucda eni 8 sm-dir. Boyunluğun düyünlə birlikdə uzunluğu 19 sm, eni isə 1,5 sm-dir.

1.22. Şərf

Şərf parad-çıxış geyim formasında ağ, gündəlik paltoda tünd göy rəngli trikotaj və ya toxunma, plaş-paltoda isə tünd göy rəngli ipək parçadan olur.

Ölçüsu 24,5x116 sm-dir. Ucları saçaqlıdır.

1.23. Əlcək

Əlcək beşbarmaqlı olub parad-çıxış forması üçün ağ, gündəlik forma üçün tünd göy rəngli zərif dəridən tikilir. Astarlı və ya astarsız olur.

1.24. İsti alt paltarı

İsti alt paltarı ağ və ya mavi rəngli pambıq parçadan tikilir. İsti köynək və tumandan ibarətdir. Üzəri zərif toxunuşlu, içərisi bir qədər xovlu olur. Tumanın aşağı hissəsi və köynəyin qolları manjetlidir.

1.25. İdman kostyumu

İdman kostyumu gödəkcə və şalvardan ibarətdir, zərif toxunuşlu parçadan tikilir. Gödəkcənin yaxası zəncirbəndlə bağlanır.

1.26. Mayka

Mayka ağ rəngli olub pambıq parçadan tikilir. Maykalar qollu və ya qolsuz olur. Maykanın qabaq hissəsi arxasına nisbətən açıq olur.

1.27. Səhra geyim maykası

Səhra geyim maykası boz rəngli olub pambıq parçadan tikilir, qollu və ya qolsuz olur. Maykanın qabaq hissəsi arxasına nisbətən açıq olur.

1.28. Tuman

Tuman qara və tünd göy rəngli zərif pambıq parçadan tikilir. Bel hissəsinə rezin salınır. Uzunluğu dizdən bir qədər yuxarı olur.

1.29. Corab

Corab qara və ya tünd göy rəngli pambıq iplikdən toxunur, qısaboğazlıdır. Boğazının yuxarı hissəsi rezinlə toxunur.

1.30. Ayaqqabı

Ayaqqabı qara rəngli təbii dəridən tikilir, tikilmiş burun, üz, yan, arxa və altlıq hissədən ibarətdir. Yanlarda içəri hissədən rezin sıxacaqlar tikilir. İçlik və burun altlığı dəridən hazırlanır. Dabanlar göndən və rezindən vurulur. Aşağı hissəsi rant üsulu ilə bərkidilir. Ayaqqabının içərisinə dəri altlıq qoyulur.

1.31. Qış çəkməsi

Qış çəkməsi qara rəngli təbii dəridən tikilir, üz, burun, yan hissələrdən və altlıqdan ibarətdir. Yan hissədən qara rəngli zəncirbəndlə bağlanır.

Çəkmənin üz, yan hissələrinin astarlığı və içliyi təbii xəzdən olur.

Yan hissənin hündürlüyü 10 sm-dir. Çəkmənin altına tökmə üsulu ilə hazırlanan dabanlı altlıq yapışdırılır.

1.32. Səhra çəkməsi

Səhra çəkməsi qara rəngli yuftdan tikilir, hündürboğazlı olur. Üz, yan, burun hissələrindən, uzun dilcikdən və altlıqdan ibarətdir. Üzün qabaq kənarlarında qaytan keçirmək üçün yuvacıqlar açılır. Çəkmənin astarına pambıq parça, altına isə tökmə üsulu ilə hazırlanan dabanlı altlıq yapışdırılır.

1.33. İdman ayaqqabısı

İdman ayaqqabısı altı naxışlı rezin, üstü sıx toxunuşlu qalın parçadan ibarət olub, tökmə üsulu ilə hazırlanır. Üzərində qaytan keçirmək üçün deşiklər açılır.

1.34. Şap-şap

Şap-şap düz rezin altlıqdan, üstü yarımbağlı və ya çarpaz keçirilmiş tünd rəngli gön qayışdan ibarətdir. İçərisinə içlik yapışdırılır.

1.35. Şalvar üçün qayış

Şalvar üçün qayışın eni 3,5 sm-dir, qara rəngli göndən hazırlanır. Baş hissəsində qızılı rəngli metaldan toqqası olur, ortasından mil taxılır. Qayışın üzərində ölçünü nizamlayan yuvalar açılır.

1.36. Xüsusi kəmər

Xüsusi kəmər bel kəmərindən və iki hissəli aşırma kəmərdən ibarət olur, qara rəngli göndən hazırlanır. Bel kəmərinin eni 4,5 sm, aşırma kəmərin eni isə 2 sm-dir. Kəmərin toqqası 6,5x5 sm, aşırma kəmərin toqqası 3x4 sm ölçüdə qızılı rəngli metaldan hazırlanır. Toqqanın ortasına iki mil taxılır, kəmərin üzərində ölçüləri nizamlayan iki paralel cərgədə yuvalar açılır.

Kəmərin sol tərəfində rezin dəyənək üçün dəmir halqa, qaz balonu üçün futlyar, sağ tərəfində isə qobur və əl qandalı üçün futlyar asılır.

1.37. Yaxa nişanı

Yaxa nişanı qızılı saplardan toxunur və palıd yarpağını əks etdirir. Yaxalığın sərbəst ucuna paralel 1,5x3,6 sm bir, kənarına paralel isə 1,5x7,5 sm ölçüdə iki yarpaq olur.

Yaxa nişanı parad-çıxış kostyumu və gündəlik kostyum üçün nəzərdə tutulur.

1.38. Qırmızı yaxa nişanı

Qırmızı yaxa nişanı qırmızı mahud parçadan hazırlanır. Nişanın eni 3,5 sm, mərkəzdən hündürlüyü 8 sm, sol tərəfi 8 sm, sağ tərəfi isə 6,5 sm-dir. Nişanın üzərində eni 0,13 sm ölçüdə iki ədəd palıd yarpağı toxunur. Nişanın kənarları 0,3 sm enində qızılı saplarla haşiyələnir.

Nişan parad-çıxış paltosu, gündəlik palto və plaş-palto üçün nəzərdə tutulur.

1.39. Poqonlar

Poqonlar parad-çıxış və gündəlik geyim formaları üçün tünd göy rəngli parçadan tikilir. Poqon aşağıdan eni 5,5 sm düz, yuxarı hissəsi isə yarımdairəvi olmaqla eni 4 sm-dir. Uzunluğu 12-18 sm-dir. Poqonların kənarı 0,3 sm enində qırmızı mahudla (aşağı hissədən başqa) haşiyələnir. Poqonların üzərindəki məxsusi emblem və ulduzlar qızılı sapla toxunur. Poqonların yuxarı hissəsinə Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş forma düyməsi bərkidilir.

Mont poqonunun altına 2 sm enində körpücük tikilir.

Köynək və puloverdə poqonlar kantsız olur, altına 2 sm enində körpücük tikilir.

Səhra kostyumunda çiyin kəmərciyinə kantsız poqon keçirilir.

1.40. Poqon üçün emblem

2,7x4 sm ölçüdə qızılı saplarla toxunan poqon üçün emblemin ortasında üzərində səkkizguşəli ulduz və aypara, altında çarpaz qılınclar, kənarlarında isə palıd yarpağı toxunmuş qalxan olur.

1.41. Kokarda

Kokarda Daxili İşlər Nazirliyinin emblemini əks etdirən simvoldan, səkkizguşəli ulduzdan, onu əhatə edən palıd yarpaqlarından ibarətdir və qızılı rəngli saplarla toxunur. Furajkalarda kokarda 7,5x10,5 sm, papaqda, pilotkada və səhra furajkasında isə 5,6x6,4 sm ölçüdə olur.

1.42. Forma düyməsi

Forma düymələri qızılı rəngli metaldan hazırlanır. Düymələrin üzərində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur. Diametrləri 2,2 sm və 1,4 sm-dir.

1.43. Qalstuk sıxacı

Qalstuk sıxacı 0,8x7 sm ölçüdə qızılı rəngli metal lövhəcikdən ibarətdir. Üzərində rütbəyə uyğun olaraq orta hissəsində səkkizguşəli ulduz, kənarlarında isə palıd yarpaqları həkk olunur. Ulduzların diametri 1,2 sm, palıd yarpaqlarının uzunluğu 2,2 sm-dir.

1.44. Ulduz

Ulduz 2,5 sm diametrli toxunma olur.

1.45. Qol nişanları

Qol nişanları iki cür olur. Sol qol nişanının üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı, fəaliyyət sahəsindən asılı olaraq, müvafiq xidmətlərin xüsusiyyətlərini əks etdirən fərqləndirici rəmzlər, adlar və abreviaturalar göstərilir. Sağ qol nişanının üzərində Daxili İşlər Nazirliyinin emblemi əks etdirilir.

Rəmzlər, adlar və abreviaturalar tünd göy rəngli parçaya qızılı saplarla toxunur. Nişanların eni 7,4 sm, kənarlarda hündürlüyü 6,8 sm, ortada hündürlüyü 9,4 sm-dir. Nişanların yuxarı hissəsi yarımoval, aşağı hissəsi isə korbucaqlıdır.

Nişanlar qolun yuxarısından 6 sm aşağıya doğru yerləşir.

2. ORTA VƏ BÖYÜK RƏİS HEYƏTİNİN GEYİM FORMASI

2.1. Parad-çıxış furajkası

Parad-çıxış furajkası oval formalı olub tünd göy rəngli parçadan tikilir, dib, yan, dayaq və günlükdən ibarətdir. Yan hissələrlə dibin birləşmə xəttində 0,3 sm enində bəzək kantı buraxılır. Yan hissələr 4 hissədən ibarətdir. Yan hissənin öndə hündürlüyü 6 sm-dir. Dayağın hündürlüyü 5 sm-dir, birtikişlidir. Günlüyün ön hissədə eni 5 sm-dir. Furajka astarlıdır. Astar dib və yan hissələrdən ibarətdir. Alınlıq 4,5 sm enində dəridən tikilir. Furajkanın hər iki yan tərəfində bir-birindən 2 sm aralıda 0,8 sm diametrində havakeçirici bir cüt basmadüymə bərkidilir. Furajkanın günlüyü qara rəngli süni dəridən tikilir.

Dayağın üstündə günlük boyu eni 1,5 sm olan qızılı saplarla toxunmuş kəmər iki kiçik düymə ilə bərkidilir. Kokardanın mərkəzi furajkanın yan hissəsi ilə dayaq hissəsinin tikiş xəttində bərkidilir.

Polkovniklər üçün furajkanın günlüyü əsas parçadan tikilir və üzərində qızılı rəngli palıd yarpağı toxunur.

2.2. Gündəlik furajka

Gündəlik furajka öz konstruksiyasına görə eynilə parad-çıxış furajkası kimidir.

2.3. Yay səhra furajkası

Yay səhra furajkası öz konstruksiyasına görə ali rəis heyəti üçün nəzərdə tutulan kimidir. Lakin günlükdə toxunma olmur və furajkaya məxsusi kokarda bərkidilir.

2.4. Qış papağı

Qış papağı tünd göy rəngli drap parçadan tikilir. Papaq başlıq, günlük və qulaq örtüyündən ibarətdir. Başlıq bir dib, ön və arxa dayaq hissələrdən ibarətdir.

Papağın ön hissəsində günlük boyu eni 1,5 sm olan qızılı lent bərkidilir. Dayağa ön hissənin mərkəzində kokarda bərkidilir. Günlük qara rəngli süni dəridən tikilir və ortada eni 6 sm-dir. Qulaq örtüyü tünd göy rəngli xəzdən tikilir. Qulaq örtüyü günlüyün kənarlarına tikilib iki basmadüymə ilə dayağın yuxarı hissəsində bərkidilir. Dayağın və qulaq örtüyünün hündürlüyü 9 sm-dir.

Polkovniklər üçün qış papağının günlüyü əsas parçadan tikilir və üzərində qızılı rəngli palıd yarpağı toxunur. Papağın ön hissəsində günlük boyu eni 1,5 sm olan qızılı saplarla toxunmuş kəmərcik bərkidilir. Qulaq örtüyü qaragül dərisindən tikilir.

2.5. Qış səhra papağı

Qış səhra papağı öz konstruksiyasına görə orta və böyük rəis heyəti üçün nəzərdə tutulan qış papağı ilə eyni olub (günlüyün üzərində qızılı rəngli palıd yarpağı şəklində naxış, qızılı saplarla toxunmuş kəmər və qızılı lent istisna olmaqla) boz rəngdədir.

Papağın ön hissəsində günlüyün üstündə eni 1,5 sm, kənarları 0,2 sm enində olan bəzək tikişi ilə baxyalanmış, öz parçasından tikilmiş kəmərcik qoyulur.

2.6. Gündəlik palto

Gündəlik palto tünd göy rəngli paltoluq parçadan tikilir, birbortludur, mərkəzdən 4 ədəd forma düyməsi ilə düymələnir, laskanlıdır, yarıyapışıq biçimlidir.

Ətək qarsaqlıdır. Ətəklərin yan hissəsində eni 4 sm, uzunluğu 16-17 sm köbəli kəsik yan ciblər olur.

Kürək iki hissədən ibarətdir və aşağısı şlitslə tamamlanır. Orta tikiş və şlitsin kənarı 1 sm enində bəzək tikişi ilə baxyalanır. Şlitsin başlanğıcı 5 sm uzunluğunda tikişlə bəndlənir.

Qatlanan yaxalıqlıdır, yaxalığın, laskanın, bortun kənarları 1,5 sm, yan cibin köbəsinin kənarları isə 1 sm enində bəzək tikişi ilə baxyalanır.

Yaxalığın sərbəst ucları 7 sm-dir. Laskanın qat xəttinin eni 9 sm, sərbəst ucu isə 7 sm-dir. Üst yaxalıq süni xəzdən, polkovniklərdə isə süni qaragül dərisindən olur. Yaxanın tam bağlanması üçün sağ tərəfdə bir plastik düymə tikilir, sol laskanın küncündə isə ilgək olur.

Qollar ikitikişlidir. Palto aşağıya qədər astarlıdır. Ətəyinin döş hissəsində iki köbəli, kəsik, bir düymə və asılqan ilgəkli düymələnən ciblər vardır. Paltonun ətəyi yerdən 50 sm hündürlükdə olur.

2.7. İsti qış gödəkcəsi

İsti qış gödəkcəsi tünd göy rəngli poliestr parçadan tikilir. Mərkəzdən gizli zəncirbənd və üç basmadüymə ilə bağlanır.

Ətəklər koketka və aşağı hissədən ibarətdir. Ətəyin koketka ilə birləşmə xəttində qapağı fiqurlu olan, bir basmadüymə ilə düymələnən kəsik ciblər vardır. Cibin girişi 13,5 sm-dir. Qapağın eni uclarda 4 sm, ortada isə 6 sm-dir. Ətəyin aşağı hissəsində 3 sm enində bir basmadüymə ilə düymələnən köbəli kəsik yan ciblər olur. Ön hissədə boyun dibindən cibə qədər olan məsafə 24,5 sm-dir.

Kürək - koketka və iki aşağı hissədən ibarətdir. Koketkanın ortada hündürlüyü 17,5 sm-dir.

Qol ikitikişlidir, qolun aşağı kəsiyinə eni 7 sm enində bir basmadüymə ilə düymələnən manjet tikilir.

Yaxalıq qatlamalıdır, üst yaxalıq təbii xəzdən, alt yaxalıq dayaqlı olub əsas parçadan tikilir.

Gödəkcə astarlıdır, astarın döş hissəsində 14 sm girişi olan 2 sm enində əsas parçadan köbəsi olan bir asma ilgəkli bir düymə ilə düymələnən daxili cibləri vardır.

Gödəkcənin açılıb-çıxarılan sinteponla istiləşdirilmiş canlığı olur və plastmas düymələrlə gödəkcəyə düymələnir.

Gödəkcənin çiyninə qolun qol dibinə tikilmiş 5,5 sm enində qırmızı mahudla haşiyələnmiş fiqurlu bir basmadüymə ilə düymələnən poqon tikilir. Gödəkcənin kürəyinin bel xəttində ortada, yan tikişlər səviyyəsində, ətəyin ortasında 8x5 sm ölçüdə kəmər keçirmək üçün 5 ədəd körpücük tikilir.

Kürəyin orta, koketkanın kürəyə birləşmə, qolun qol dibinə birləşmə, çiyin, üst və alt qolun birləşmə, manjetin aşağı kənarı, ətəyin koketka ilə birləşmə, fiqurlu qapaqların, körpücüklərin, zəncirbəndin kənarı, plankanın birləşmə xətti və kənarı, poqonun kənarları, alt yaxalığın dayaqla birləşmə tikişləri və aşağı yan ciblərin kənarları 0,2 sm, gödəkcənin ətəyi isə 2,2 sm bəzək tikişi ilə baxyalanır. Yaxalıq dəmir qarmaqla bağlanır.

Ətəyin sol hissəsində eni 8 sm olan planka tikilir.

2.8. Plaş-palto

Plaş-palto tünd göy rəngli, mərkəzdən dörd ədəd forma düyməsi ilə düymələnən, qatlanan yaxalıqlı olub laskanlıdır. Ətəyin yan hissəsində eni 4 sm, uzunluğu 16-17 sm olan çəpinə ciblər tikilir.

Alt və üst yaxalıq ayrı biçilmiş dayaqla tikilir. Yaxalığın ortada dayağı 3 sm, ortada eni 8 sm-dir. Üst yaxalığın mərkəzindən asqı ilgəyi tikilir. Laskanla yaxalığın sərbəst ucları 520-li bucaq təşkil edir. Yaxalığın sərbəst ucları yerə paralel olur, 6 sm-ə bərabərdir, laskanın sərbəst ucu 6,5 sm, eni isə 9 sm-dir.

Qol ikitikişlidir. Alt və üst qolun birləşmə xətti 0,5 sm bəzək tikişi ilə baxyalanır.

Kürək iki hissədən ibarətdir. Orta tikiş şlitslə tamamlanır. Şlitsin üstü 4,5 sm enində bəndlənir. Plaş-paltonun yan tikişlərində bel xətti səviyyəsində körpücüklər bərkidilir. Plaş-paltonun beli əsas parçadan tikilmiş, eni 4,5 sm olan kəmərlə və plastik toqqa ilə bağlanır.

Plaş-paltonun yaxalığı, laskanları, bortları, ətəyi, yan tikişləri, kürəyin orta tikişi, kəmərin kənarları, qolun dirsək tikişi, çiyin tikişləri 0,5 sm enində bəzək tikişi ilə baxyalanır. Alt və üst yaxalığın dayaqla birləşmə tikişi 0,2 sm enində bəzək tikişi ilə baxyalanır. Plaş-palto aşağıya qədər astarlıdır. Astarın döş hissəsinə ikiköbəli bir düymə və ilgəklə düymələnən kəsik daxili cibləri olur.

2.9. Qış səhra gödəkcəsi

Qış səhra gödəkcəsi boz rəngli parçadan tikilir.

Gödəkcə düzbiçimlidir, mərkəzdən zəncirbəndlə bağlanır, astarlıdır. Astar istiləşdirilmiş araqatı (sintepon) ilə hazırlanır.

Ətəyin döş səviyyəsində üstdən qoyma fiqurlu qapaqlı ciblər tikilir. Ciblərin orta hissəsində üzbəüz olan qat salınıb. Ciblər ətəyin üstünə 0,2 sm enində bəzək tikişi ilə tikilir. Cib girişinin ölçüsü 16,5 sm-dir, hündürlüyü isə qapaqla birlikdə 19,5 sm-dir. Üst cib qapaqları cibə 2 ədəd basmadüymə ilə bağlanır. Gödəkcənin ətəklərinin yan tərəfində listikli çəpinə kəsmə ciblər tikilir. Cib girişinin ölçüsü 18 sm, listikin eni 3 sm olur. Kürək bütöv biçimlidir, koketkalıdır. Koketkanın aşağı hissəsi 0,3 sm enində bəzək tikişi ilə baxyalanır və 3 sm enində sərbəst kürəyin üstünə qatlanır.

Qollar ikitikişlidir, aşağı kənarlarına eni 6-7 sm olan elastik rezin ilə yığılmış manjet tikilir. Qolu qol dibinə birləşdirən tikişə çiyin nahiyəsində fiqurlu poqon tikilir. Poqon bir ədəd basma düymə ilə düymələnir. Poqonun uzunluğu 14-15 sm, eni isə 5,5 sm olur.

Çiyin tikişi kürək tərəfdən 0,2 sm enində bəzək tikişi ilə baxyalanır.

Gödəkcənin aşağı hissəsinə 6-7 sm enində elastik rezin ilə yığılmış kəmər tikilir. Ön hissədə kəmər 24 sm məsafədə rezinə yığılmır. Yaxalıq qatlanandır.

Ətəyin sol hissəsində eni 8 sm olan planka tikilir. Planka dörd ədəd basma düymə ilə ətəyə düymələnir. Ətəyin sağ hissəsinə 8 sm enində küləkdən qoruyan planka tikilir. Ətəyin bort hissəsi, zəncirbəndin kənarı, plankanın kənarı, birləşmə tikişi, yaxalıq, üst cib qapaqlarının kənarı, kəmərin ön hissəsi, poqonun kənarları, qolun dirsək tikişi 0,2-0,7 sm enində paralel bəzək tikişi ilə baxyalanır. Yan cibin çərçivəsi, qolun qol dibinə birləşmə tikişi, yan tikişlər və qolun alt tikişi, yaxalığın boyun dibinə birləşmə tikişi 0,2 sm enində bəzək tikişi ilə baxyalanır.

2.10. Plaş-örtük

Plaş-örtük tünd göy rəngli su keçirməyən xüsusi parçadan tikilir, birbortludur, qatlanan yaxalıqlıdır, qolları astarlı, ətək hissəsi yarımastarlıdır, 4 ədəd gizli düymə ilə düymələnir. Ətəyin yan hissəsində eni 6 sm, uzunluğu 19 sm olan köbəli çəpinə yan ciblər tikilir. Alt və üst yaxalıq ayrı biçilmiş dayaqla tikilir.

Kürək iki hissədən və sərbəst koketkadan ibarətdir. Koketkanın aşağı kənarından 4 sm yuxarıda 9x32 sm ölçüdə işıqəksetdirən “POLİS” abreviaturası həkk edilir. Kürəyin aşağısı uzunluğu 45 sm olan şlitslə tamamlanır.

Qollar birtikişlidir. Qolun aşağısından 7 sm yuxarıda eni 5 sm olan işıqəksetdirən zolaq tikilir.

Yaxalığın boyun dibinə birləşmə xəttində kapyuşon tikilir. Kapyuşon iki yan və bir orta hissədən ibarətdir, boğaz hissəsi yapışqanlı kəmərciklə bağlanır.

Plaş-örtüyün çiyninə fərqlənmə nişanlarını bərkitmək üçün bir ilgəklə düymələnən kəmərcik tikilir. Plaş-örtüyə bel və ətək boyu eni 5 sm olan işıqəksetdirən zolaq tikilir.

Plaş-örtüyün ön hissələri hər iki tərəfdən 3 sm, yan və çiyin tikişləri, zolaqların kənarları 0,2 sm, ətəyi isə 1 sm enində bəzək tikişi ilə baxyalanır.

2.11. Parad-çıxış geyim forması

Parad-çıxış geyim forması orta rəis heyəti üçün 50%-li, böyük rəis heyəti üçün 67%-li yun, tünd göy rəngli parçadan tikilir, kitel və şalvardan ibarətdir.

Kitel yarıyapışıq biçimlidir, laskanlıdır, mərkəzdən laskanın qatlama xətti boyunca 4 ədəd forma düyməsi və ilgəklə düymələnir.

Kitelin ətəyi yan kəsikli və qarsaqlıdır.

Ətəyin yuxarı hissəsinə üstdən qoyma fiqurlu qapaqlı ciblər tikilir. Cibin girişi 13 sm, cib qapağının eni uclarda 3,5 sm, ortada isə 5,5 sm-dir. Cib qapağının kənarları və tikiş xətti 0,5 sm bəzək tikişi ilə baxyalanır. Cibin ortada hündürlüyü 13 sm-dir, ortasında 3,5 sm enində qatlama olur. Qatlamanın hər iki tərəfi 0,5 sm, cib isə 0,2 sm bəzək tikişi ilə baxyalanır. Ətəyin aşağısında birköbəli fiqurlu qapaqla yan ciblər tikilir. Cibin girişi 17 sm, qapağın eni uclarda 3,5 sm, ortada isə 5,5 sm-dir.

Kitelin yan tikişlərinə parad-çıxış kəmərini saxlamaq üçün qarmaqlar tikilir.

Kürək orta tikişlidir, tikişin sonu şlitslə tamamlanır.

Qollar ikitikişlidir.

Yaxalıq qatlanandır. Yaxalığın sərbəst ucları 4 sm olub döş cibinin giriş xəttinə paraleldir. Laskanın sərbəst qalan ucları 4,5 sm olub, yaxalıqda düz bucaq altında birləşir. Yaxalığın qatlanmış vəziyyətdə ortada eni 4 sm olur. Laskanın eni sərbəst uclarından qat xəttinə perpendikulyar üzrə 8,5 sm-dir.

Kitel astarlıdır və onun döş hissəsində kəsikli iki daxili cib vardır. Yuxarı döş və yan cib qapaqları bir kiçik forma düyməsi ilə düymələnir. Şlits üstdən 3 sm bəzək tikişi ilə bəndlənir. Yaxalıqla laskanın arasındakı bucaq 520-dir.

Şalvar düzbiçimlidir. Ön hissəsi birbükümlüdür, 16-17 sm ölçüdə yan kəsikli cibləri var. Ciblərin girişi 0,5 sm bəzək tikişi ilə baxyalanır. Sağ arxa hissədə 1 ədəd fiqurlu qapaqlı kəsmə köbəli cib tikilir. Cibin girişi 14 sm, cib qapağının uclarda eni 3,5 sm, ortada isə 5,5 sm olur. Qapağın kənarları 0,5 sm bəzək tikişi ilə baxyalanır. Cib bir ilgək və bir düymə ilə düymələnir.

Kəmər tikilmədir, eni 4,5 sm-dir və ona 7 ədəd körpücük tikilir. Kəmərin sol tərəfi çıxıntılı, sağ tərəfi isə bərabər tikilir, dəmir ilgək və qarmaqla bağlanır. Çıxıntı isə 1 ədəd ilgək və plastmas düymə ilə bağlanır. Şalvarın miyançası zəncirbəndlə bağlanır. Yan tikişlərə qırmızı mahuddan, eni 0,3 sm olan kant tikilir. Şalvarın ətəyi 4 sm enində qatlanır. Kəmərin eni 4,5 sm olur.

2.12. Gündəlik geyim forması

Gündəlik geyim forması kostruksiyasına görə parad-çıxış qeyim forması ilə eyni olub qarmaqsız tikilir.

2.13. Yay şalvarı

Yay şalvarı konstruksiyasına görə gündəlik geyim formasının şalvarı ilə eynidir, 40%-li yun parçadan tikilir.

2.14. Mont, səhra kostyumu, pulover, səhra çəkməsi, xüsusi kəmər, idman ayaqqabısı, idman kostyumu, mayka, səhra geyim maykası, tuman, pambıq corab və isti alt paltarı

Mont, səhra kostyumu, pulover, səhra çəkməsi, xüsusi kəmər, idman ayaqqabısı, idman kostyumu, mayka, səhra geyim maykası, tuman, pambıq corab və isti alt paltarı öz konstruksiyalarına görə ali rəis heyəti üçün nəzərdə tutulanlarla eynidir.

Montun şalvarı isə orta və böyük rəis heyətinin gündəlik geyim formasının şalvarı ilə eynidir.

Səhra kostyumu boz rəngli parçadan tikilir.

2.15. Uzunqol köynək

Uzunqol köynək parad-çıxış formasında ağ, gündəlik geyim formasında isə açıq boz rəngli pambıq parçadan tikilir. Köynək mərkəzdən, diametri 1,1 sm olan plastmas yeddi ədəd düymə və ilgəklərlə bağlanır.

Ətəyin döş hissəsində bir düymə və ilgəklə bağlanan üstdən qoyma fiqurlu qapaqlı cib tikilir. Cibin ortasında 3,5 sm enində qatlama var. Cibin hündürlüyü ortada 13,5 sm, kənarlarında isə 11,5 sm-dir. Cib qapağının eni uclarda 3,5 sm, ortada 5,5 sm-dir. Cib qapağının birləşmə xətti 0,5 sm, kənarları və cib isə 0,2 sm enində bəzək tikişi ilə baxyalanır.

Kürək ikiqat koketka və aşağı hissədən ibarətdir. Kürək hissədə iki qatlama var.

Köynək dayaqlı yaxalıqlıdır. Yaxalığın sərbəst uclarda eni 7 sm, orta hissəsi isə 4 sm olur.

Qollar ikitikişli olub qol dibinə tikilir. Qolun aşağı kəsiyi fiqurlu manjetlidir, eni 7,5 sm-dir. Onun kənarları 0,2 sm, birləşmə xətti isə 1 sm enində bəzək tikişi ilə baxyalanır. Manjetin özü bir düymə və ilgəklə düymələnir. Onun qol tikişinə birləşmə xəttində 10 sm hündürlüyündə bir düymə və ilgəklə bağlanan şlits hazırlanır.

Çiyin tikişinin üstünə 2,5x3 sm ölçüdə, aralarındakı məsafə 5 sm olan, poqon keçirmək üçün 2 ədəd körpücük tikilir. Körpücükdən 2 sm yaxalığa tərəf tikişdən 1 sm arxaya 3 ədəd kiçik ilgək açılır.

Köynəyin ətəyi düzbiçimli olur, ətəyi içəri qatlanır və 0,7 sm bəzək tikişi ilə baxyalanır.

Köynək şalvarın içinə salınır.

2.16. Qısaqol köynək

Qısaqol köynək öz konstruksiyasına görə uzunqol köynəklə eynidir. Qol qol dibinə tikilir, birtikişlidir. Qolların aşağısı qatlama manjetlidir. Qolların uzunluğu dirsəkdən 3 sm yuxarı olur. Manjetin eni 3 sm, yuxarı kənarı 0,5 sm enində bəzək tikişi ilə baxyalanır.

2.17. Gündəlik qalstuk

Gündəlik qalstuk kostruksiyasına görə ali rəis heyəti üçün nəzərdə tutulanla eynidir, məxsusi tünd göy rəngli pambıq parçadan olur.

2.18. Şərf

Şərf parad-çıxış paltosunda ağ trikotaj və ya toxunma, plaş-paltoda isə tünd göy rəngli ipək parçadan olur. Ölçüsü 24,5x116 sm-dir. Ucları saçaqlıdır.

2.19. Əlcək

Əlcək beşbarmaqlı olub parad-çıxış geyim forması üçün ağ, gündəlik geyim forması üçün tünd göy rəngli trikotaj və ya toxunma parçadan tikilir və astarsız olur.

2.20. Gündəlik ayaqqabı

Ayaqqabı qara rəngli dəridən tikilir, üz, arxa, burun hissədən və altlıqdan ibarətdir. İçəri hissədən rezin sıxacaqlar və ya qaytanla bağlanır. Üz hissəsinin altlığı pambıq parçadan, yanlarının altlığı isə dəridən tikilir. Ayaqqabıya tökmə üsulu ilə hazırlanmış bütöv altlıq yapışdırılır. İçərisinə dəridən içlik qoyulur.

2.21. Qış çəkməsi

Qış çəkməsi öz konstruksiyasına görə ali rəis heyəti üçün nəzərdə tutulanla eynidir. Yalnız çəkmənin üz, yan hissələrinin astarlığı və içliyi xəzdən olur.

2.22. Şalvar üçün gön qayış

Qayış öz konstruksiyasına görə ali rəis heyəti üçün nəzərdə tutulan xüsusi kəmərin bel kəməri ilə eynidir.

2.23. Parad-çıxış kəməri

Parad-çıxış kəməri 4,5 sm enində qızılı rəngli metal və ipək saplardan toxunulur. Toqqası 6x6 sm ölçüdə qızılı rəngli metaldandır, üzərində Daxili İşlər Nazirliyinin emblemi həkk edilir. Kəmərin uzunluğu arxa tərəfdə bərkidilən qarmaq və ilgəklə nizamlanır.

2.24. Akselbant

Akselbant qızılı rəngli ipək sapla toxunur, parad-çıxış geyim forması üçün nəzərdə tutulur. Yuxarı hissəsi sağ çiyindəki poqonun altına keçirilir, aşağı hissəsi isə özündən toxunmuş bir düymə ilə kitelin yuxarı ilgəyi səviyyəsində qarmağa bərkidilir.

2.25. Fıştırıq

Fıştırıq metal və ya plastik materialdan yayma-pres üsulu ilə hazırlanır.

3. SIRAVİ VƏ KİÇİK RƏİS HEYƏTİNİN GEYİM FORMASI

3.1. Parad-çıxış furajkası

Parad-çıxış furajkası tünd göy rəngli olub, öz konstruksiyasına görə orta və böyük rəis heyəti üçün nəzərdə tutulanla (polkovniklər üçün nəzərdə tutulan furajka istisna olmaqla) eynidir.

3.2. Gündəlik furajka

Gündəlik furajka tünd göy rəngli olub, gündəlik geyim formasının əsas parçasından tikilir. Furajka başlıq və günlük hissədən ibarətdir. Başlıq hissə altı xiştəkdən ibarətdir. Xiştəklərin birləşmə xəttinin hər iki tərəfi 0,3 sm enində bəzək tikişi ilə baxyalanır. Günlük mərkəzdən simmetrik olub, ortada eni 7,5 sm, günlüyün ortasından 2 sm mərkəzə doğru məsafədəki eni 14 sm-dir. Günlüyün kənarları 0,8-1,6 sm məsafədə cüt bəzək tikişi ilə baxyalanır. Furajkanın ön hissəsində günlüyün üstündə eni 2 sm, kənarları 0,2 sm olan bəzək tikişi ilə baxyalanmiş öz parçasından tikilmiş kəmərcik diametri 1 sm olan plastmas düymə ilə birləşir. Xiştəklərin birləşmə xəttinin ortasında, başlığın ortasında, diametri 1,5 sm olan plastmas düymə bərkidilir. Arxa dörd xiştəkdə diametri 0,8 sm olan açıq basmadüymə bərkidilir. Furajkanın arxasında ölçüləri tənzimləmək üçün plastmas basmacıqlı lent tikilir. Furajkanın içi astarsızdır, xiştəklər isə məxsusi paralonla tikilir. Furajkanın arxa kəsiyi 0,7 sm tünd göy rəngli köbə ilə tikilmişdir. Başlığın yan hissəsinin eni 0,3 sm bəzək tikişi ilə baxyalanır.

3.3. Səhra furajkası

Səhra furajkası boz rəngli olub, konstruksiyasına görə gündəlik furajka ilə eynidir.

3.4. Qış papağı

Qış papağı öz konstruksiyasına görə orta və böyük rəis heyəti üçün nəzərdə tutulanla (polkovniklər üçün nəzərdə tutulan qış papağı istisna olmaqla) eynidir. Qulaq örtüyü əsas parçadan tikilir və papağın ön hissəsində günlük boyu eni 1,5 sm olan qara dəri lent bərkidilir.

3.5. Gündəlik palto, isti qış gödəkcəsi, qış səhra papağı, qış səhra gödəkcəsi, parad-çıxış geyim forması, mont, pulover, qalstuk, gündəlik geyim forması üçün əlcək və şərf

Gündəlik palto, isti qış gödəkcəsi, qış səhra papağı, qış səhra gödəkcəsi, parad-çıxış geyim forması, mont, pulover, qalstuk, gündəlik geyim forması üçün əlcək və şərf tünd göy rəngli olub, öz konstruksiyalarına görə orta və böyük rəis heyəti üçün nəzərdə tutulanlarla eynidir. Yalnız isti qış gödəkcəsinin kürəyində POLİS sözü yazılır.

3.6. Gündəlik geyim forması

Gündəlik geyim forması tünd göy rəngli olub 50%-li yun parçadan tikilir. Yüngül gödəkcədən və şalvardan ibarətdir.

Gödəkcə düzbiçimli olub, mərkəzdən boyun xəttindən 20-22 sm məsafədə zəncirbəndlə bağlanan qatlama yaxalıqlıdır, ətək bütövdür, ətəyin yuxarı hissəsində ikiköbəli zəncirbəndlə bağlanan 13 sm girişi olan daxili kəsik ciblər vardır.

Kürək koketkalıdır. Koketkanın ortada hündürlüyü 20 sm-dir.

Qollar ikitikişlidir. Qolun aşağı kəsiyinə 6 sm enində iki forma düyməsi ilə düymələnən düz manjet tikilir. Qolun manjetə birləşməsində kiçik qatlama var.

Yaxalığın sərbəst uclarda eni 8,5 sm, ortada eni 8 sm-dir.

Yaxalığın kənarları, çiyin tikişləri, manjetin kənarları, alt və üst qolun birləşmə tikişi, koketkanın kürəklə birləşmə tikişi 0,7 sm, manjetin qola birləşmə tikişi, cib köbəsinin kənarları və mərkəzi zəncirbəndin kənarları 0,2 sm bəzək tikişi ilə baxyalanır. Koketkanın tikişindən 2 sm yuxarı düz xətt boyu düzülmüş 8 sm hündürlüyündə, 32 sm məsafədə işıqəksetdirən “POLİS” sözü yazılır. Gödəkcənin ətəyi hörmələnir.

Gödəkcənin kürək və ətəyi astarlıdır. Gödəkcə beldən 15-18 sm aşağıya qədər yarımastarlı olmalıdır.

Gödəkcə şalvara salınır.

Şalvar orta rəis heyəti üçün nəzərdə tutulan şalvarla eynidir.

3.7. Uzunqol, qısaqol köynəklər, yay səhra kostyumu, idman kostyumu, səhra geyim maykası, mayka, tuman, alt tuman-köynək, pambıq corab, akselbant, xüsusi kəmər, parad-çıxış kəməri, plaş-örtük, qış çəkməsi, səhra çəkməsi, gündəlik ayaqqabı, idman ayaqqabısı, şap-şap, fıştırıq, parad-çıxış forması üçün əlcək və şərf

Uzunqol, qısaqol köynəklər, yay səhra kostyumu, idman kostyumu, səhra geyim maykası, mayka, tuman, alt tuman-köynək, pambıq corab, xüsusi kəmər, parad-çıxış kəməri, plaş-örtük, qış çəkməsi, səhra çəkməsi, gündəlik ayaqqabı, idman ayaqqabısı, şap-şap, fıştırıq, parad-çıxış forması üçün əlcək və şərf öz konstruksiyalarına görə orta və böyük rəis heyəti üçün nəzərdə tutulanla eynidir.

4. DÖVLƏT YOL POLİSİNİN SIRAVİ VƏ KİÇİK RƏİS HEYƏTİNİN

GEYİM FORMASI

4.1. Gündəlik furajka

Gündəlik furajka öz konstruksiyasına görə sıravi və kiçik rəis heyətinin gündəlik furajkası ilə eynidir, yalnız kəmərciyin üstünə işıqəksetdirən zolaq tikilir.

4.2. Qış papağı

Qış papağı öz konstruksiyasına görə sıravi və kiçik rəis heyəti üçün nəzərdə tutulanla eynidir, yalnız papağın ön hissəsində günlük boyu eni 1,5 sm olan işıqəksetdirən lent tikilir.

4.3. İsti qış gödəkcəsi

İsti qış gödəkcəsi tünd göy rəngli poliestr parçadan tikilir. Mərkəzdən gizli zəncirbənd və üç basmadüymə ilə bağlanır. Ətəyin ön koketkasının tikiş xəttində eni 2 sm olan işıqəksetdirən zolaq tikilir. Ətəklər koketka və aşağı hissədən ibarətdir. Ətəyin koketka ilə birləşmə xəttində bir basmadüymə ilə düymələnən fiqurlu qapaqlı kəsik cibləri olur. Cibin girişi 13,5 sm-dir. Qapağın uclarda eni 4 sm, ortada isə 6 sm-dir. Ətəyin aşağı hissəsində 3 sm enində köbəli, bir basmadüymə ilə düymələnən kəsik yan cibləri olur. Ön hissədə boyun dibindən cibə qədər olan məsafə 24,5 sm-dir.

Kürək - koketka və iki aşağı hissədən ibarətdir. Koketkanın ortada hündürlüyü 24,5 sm-dir. Koketkanın üstündə eni 2 sm olan, işıqəksetdirən zolaq olur, ondan 1 sm yuxarıya, hündürlüyü 9 sm olan, 32 sm məsafədə yerləşən, işıqəksetdirən “YPX” abreviaturası yazılır.

Qollar ikitikişlidir, qolun aşağı kəsiyinə 7 sm enində, bir basmadüymə ilə düymələnən manjet tikilir. Üst qolun manjetlə birləşmə xəttindən yuxarıya doğru 18 sm, dirsək tikişində isə yuxarıya doğru 7 sm məsafədə 2,5 sm enində çəpinə işıqəksetdirən zolaq dirsək tikişindən alt tikişə yuxarıya doğru olur. Bu zolaqla paralel 3 sm məsafədə eni 1,5 sm olan işıqəksetdirən ikinci zolaq tikilir.

Yaxalıq qatlanandır, üst yaxalıq təbii xəzdən, alt yaxalıq dayaqlı olub əsas parçadan tikilir. Gödəkcə astarlıdır, astarın döş hissəsində 14 sm girişi və 2 sm enində əsas parçadan köbəsi olan bir asma ilgəkli bir düymə ilə düymələnən daxili cibləri vardır. Gödəkcənin açılıb-çıxarılan sinteponla istiləşdirilmiş canlığı olur və plastmas düymələrlə gödəkcəyə düymələnir.

Gödəkcənin çiyninə qol dibinə tikilmiş 5,5 sm enində qırmızı mahudla haşiyələnmiş bir basmadüymə ilə düymələnən fiqurlu poqon tikilir. Gödəkcənin kürəyinin bel xəttində ortada, yan tikişlərin səviyyəsində, ətəyin ortasında eni 5x8 sm ölçüdə kəmər keçirmək üçün 5 ədəd körpücük tikilir. Kürəyin orta tikişi, koketkanın kürəyə birləşmə tikişi, qolun qol dibinə birləşmə tikişi, çiyin tikişi, üst və alt qolun birləşmə tikişi, manjetin aşağı kənarı, ətəyin koketka ilə birləşmə tikişi, fiqurlu qapaqlar, körpücüklər, zəncirbəndin kənarı, plankanın birləşmə xətti və kənarı, poqonun kənarları, aşağı yan ciblərin kənarı 0,2 sm, gödəkcənin ətəyi isə 2,2 sm bəzək tikişi ilə baxyalanır.

Ətəyin sol hissəsində eni 8 sm olan planka tikilir.

Gödəkcənin uzunluğu sıravi və kiçik rəis heyəti üçün nəzərdə tutulmuş gödəkcədən 8 sm qısa olur.

4.4. Motosikletçi kostyumu

Motosikletçi kostyumu qara rəngli su keçirməyən xüsusi parçadan tikilir, gödəkcə, şalvar və əlcəkdən ibarətdir.

Gödəkcə mərkəzdən zəncirbəndlə bağlanır.

Ətəyin ön koketkasının tikiş xəttində eni 2 sm olan işıqəksetdirən zolaq tikilir. Ətəyin aşağı hissəsində 3 sm enində bir basmadüymə ilə düymələnən köbəli kəsik yan ciblər olur. Koketkanın uzunluğu 24,5 sm-dir. Sol ətəyin ortasında koketkadan 1 sm aşağıya döş nişanı asmaq üçün 1,4 sm ölçüdə qara plastmas düymə tikilir.

Kürək - koketka və iki aşağı hissədən ibarətdir. Koketkanın ortada hündürlüyü 24,5 sm-dir. Koketkanın üstündə eni 2 sm olan işıqəksetdirən zolaq olur, ondan 1 sm yuxarıya hündürlüyü 9 sm olan, 32 sm məsafədə yerləşən işıqəksetdirən “YPX” abreviaturası yazılır.

Qollar ikitikişlidir, qolun aşağı kəsiyinə 7 sm enində bir basmadüymə ilə düymələnən manjet tikilir. Üst qolun manjetlə birləşmə xəttindən yuxarıya doğru 18 sm, dirsək tikişində isə yuxarıya doğru 7 sm məsafədə 2,5 sm enində çəpinə, işıqəksetdirən zolaq dirsək tikişindən alt tikişə yuxarıya doğru olur. Bu zolaqla paralel 3 sm məsafədə eni 1,5 sm olan işıqəksetdirən ikinci zolaq olur.

Yaxalıq dayaqlı olub əsas parçadan tikilir. Gödəkcə astarlıdır, astarın döş hissəsində 14 sm girişi və 2 sm enində əsas parçadan bir ilgəkli bir düymə ilə düymələnən köbəsi olan daxili ciblər vardır. Gödəkcənin açılıb-çıxarılan istiləşdirilmiş canlığı olur və plastmas düymələrlə gödəkcəyə düymələnir.

Gödəkcənin çiyninə qol dibinə tikilmiş 5,5 sm enində qırmızı mahudla haşiyələnmiş bir basmadüymə ilə düymələnən fiqurlu poqon tikilir. Gödəkcənin kürəyinin bel xəttində ortada, yan tikişlərin səviyyəsində, ətəyin ortasında eni 5x8 sm ölçüdə kəmər keçirmək üçün 5 ədəd körpücük tikilmişdir. Kürəyin orta tikişi, koketkanın kürəyə birləşmə tikişi, qolun qol dibinə birləşmə tikişi, çiyin tikişi, üst və alt qolun birləşmə tikişi, manjetin aşağı kənarı, ətəyin koketka ilə birləşmə tikişi, fiqurlu qapaqlar, körpücüklər, zəncirbəndin kənarı, plankanın birləşmə xətti və kənarı, poqonun kənarları və aşağı yan ciblərin kənarları 0,2 sm, gödəkcənin ətəyi isə 2,2 sm bəzək tikişi ilə baxyalanır.

Şalvar düzbiçimlidir. Qabaq hissədə girişi 16-17 sm olan kəsikli yan ciblər vardır. Ciblərin girişi 0,5 sm bəzək tikişi ilə baxyalanır. Sağ arxa hissədə fiqurlu qapaqlı kəsmə köbəli cib tikilir. Cibin girişi 14 sm-dir. Qapağın eni uclarda 3,5 sm, ortada 5,5 sm-dir. Qapağın kənarı 0,5 sm bəzək tikişi ilə baxyalanır, bir ilgək və düymə ilə bağlanır. Kəmər tikilmədir. Kəmərə 7 ədəd körpücük t

Son xəbərlər

Orphus sistemi