Yuxarı
    Bağlamaq

    Azərbaycanda mülkiyyət əleyhinə törədilən 8 minədək cinayətin üstü açılıb

    1 810 nəfərdən ibarət 657 qrup və mütəşəkkil dəstə zərərləşdirilib

    Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycanda mülkiyyət əleyhinə törədilən cinayətlərin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin iyunun 6-da keçirilən kollegiya iclasında "Mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması" sahəsində görülən işlərin vəziyyəti müzakirə olunub. 

    DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski bildirb ki, "102" xidməti və "Təhlükəsiz şəhər" sisteminin texniki imkanları ilə 55 oğurluq, 6 quldurluq, 2 dələduzluq, 5 soyğunçuluq, 1 əmlakı qəsdən məhvetmə və sair cinayətlər "isti izlərlə" açılıb, axtarışda olan 152 avtomobil saxlanılıb, avtomatlaşdırılmış kriminalistik uçotlar vasitəsilə 174 cinayət açılıb.

    Onun sözlərinə görə, xüsusi mülkiyyətdə olan obyektlərdə və şəxsi mənzillərdə mühafizə-siqnalizasiya vasitələrinin quraşdırılması məqsədilə əhali arasında təbliğatın gücləndirilməsinə dair aidiyyəti kollegiya qərarlarının icrası üzrə görülən tədbirlərlə bu il mühafizəyə götürülən obyektlərin sayı 165, mənzillərin sayı isə 354 vahid artıb: "Son il yarım ərzində qorunan 191 obyektdə oğurluq faktlarının qarşısı alınaraq 78 nəfər yaxalanıb. Bu və digər təşkilati tədbirlər mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizədə kriminogen durumun bütövlükdə nəzarətdə saxlanılmasını təmin edib".

    Nazirliyin Baş Cinayət Axtarışı İdarəsinin rəisi deyib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə keçən və bu ilin ötən dövründə mülkiyyət əleyhinə cinayətlər törədən 1 810 nəfərdən ibarət 657 qrup və mütəşəkkil dəstə, o cümlədən mənzillərdən oğurluq edən 251 nəfərdən ibarət 85 qrup zərərsizləşdirilib: "Mülkiyyət əleyhinə olan 7 986 cinayətin açılması təmin olunub, 4 581 nəfər məsuliyyətə cəlb edilib, habelə axtarışa elan olunan 1 292 təqsirləndirilən şəxs tutulub. Bu müddətdə Baş İdarənin yerlərə göstərdiyi əməli köməkliklər nəticəsində 200-dən çox cinayət açılıb, o cümlədən Cibgirlik cinayətlərinə qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatları əsasında Bakı şəhərində və Abşeron rayonu ərazisində mənzillərdən 103 oğurluq cinayəti törədən Azərbaycan və Gürcüstan vətəndaşlarından ibarət qrup ifşa edilib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi