DİN-də yeni idarə rəisi təyin edilib

DİN-də yeni idarə rəisi təyin edilib Yeni kadr təyinatı olub
Daxili siyasət
28 Fevral , 2017 11:51
DİN-də yeni idarə rəisi təyin edilib

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

"Report" xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini polis polkovniki Füzuli Hümbətov vəzifəsindən azad olunub. O, Daxili İşlər Nazirliyinin (DİN) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin (QMQMİ) rəisi vəzifəsinə təyin edilib.

QMQMİ-nin keçmiş rəisi polis polkovniki Azər Məmmədov isə DİN-də başqa vəzifəyə təyinat alıb.

Son xəbərlər

Orphus sistemi