Deputatlığa namizəd Zaur Darabzadə autizmli uşaqlarla görüşüb

Deputatlığa namizəd Zaur Darabzadə autizmli uşaqlarla görüşüb 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə autizmli uşaqlarla görüşüb.
Daxili siyasət
27 Yanvar , 2020 13:23
Deputatlığa namizəd Zaur Darabzadə autizmli uşaqlarla görüşüb

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə autizmli uşaqlarla görüşüb.

“Report” xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdəki səhifəsində yazıb.

“Bugünlərdə autizmi olan fərqli və istedadlı uşaqlarla görüşdük. Hesab edirəm ki, bu uşaqların hər birinə xüsusi qayğı və diqqət göstərilməlidir. Valideynlər, ətraf mühit onların inkişafına mane olmamalıdır. Mərkəzdə autizmli uşaqların intellektual inkişafı üçün imkanlar mövcuddur. Onlar bizim gələcəyimizdir. Gələcəyimizi qorumalıyıq!”, - namizəd əlavə edib.

Görüşdə Xalq artisti Tünzalə Ağayeva da iştirak edib. Müğənni mahnıları ilə autizmli uşaqları sevindirib.

Son xəbərlər

Orphus sistemi