​Deputatlığa namizəd Rövnəq Abdullayev Bakının Keşlə qəsəbəsində seçicilərlə görüşüb

​Deputatlığa namizəd Rövnəq Abdullayev Bakının Keşlə qəsəbəsində seçicilərlə görüşüb O, bundan sonrakı fəaliyyətində də Azərbaycan xalqına xidmət edəcəyini bildirib
Daxili siyasət
18 Oktyabr , 2015 19:02
​Deputatlığa namizəd Rövnəq Abdullayev Bakının Keşlə qəsəbəsində seçicilərlə görüşüb

Bakı. 18 oktaybr. REPORT. AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizədi, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Bakının Keşlə qəsəbəsində seçicilərlə görüşüb.

"Report"un məlumatına görə, R.Abdullyev bildirib ki, seçkiqabağı təşviqatı 2005-2010-cu illərdə keçirilən parlament seçkilərində olduğu kimi, bu seçkilərdə də təşviqatı Keşlə qəsəbəsindən başlayıb:

"10 il müddətində Azərbaycan xeyli dəyişib. Bilirsiz, 10 il bundan öncə cənab prezident İlham Əliyevin yeni dövrü idi. Ölkədə müəyyən problemlər var idi. İndi isə demək olar, çatışmazlıqlar aradan qaldırılıb, əhalinin sosial rifahı yüksəlib. Bundan əlavə, Azərbaycanda qazlaşma təmin edilib, bu proses davam etdirilir. Keşlədə, ümumiyyətlə, qaz, işıq, su problemi yoxdur. Müəyyən qədər çatışmazlıqlar ola bilər. Bu da zaman-zaman aradan qaldırılacaq".

O qeyd edib ki, hazırda Azərbaycanın inkişafı üçün yeni imkanlardan istifadə olunur:

"Ölkədə abadlıq quruculuq işləri aparılır, yollar salınır, körpülər tikilir. Bulvarın Keşləyə qədər uzadılması prosesi gedir. Artıq bir neçə zavod Keşlədən çıxarılıb. Bu cür işlər bundan sonra da davam etdiriləcək".

O, qəsəbə sakinlərini noyabrın 1-də səsvermədə fəal olmağa çağırıb:

"Hər biriniz seçkidə fəal olun, səsvermədə iştirak edin. Ümid edirəm, seçicilər səsvermə günü düzgün seçim edəcəklər. Buradan sizə söz verirəm ki, bundan sonrakı fəaliyyətimdə də prezident İlham Əliyevin siyasi kursuna uyğun olaraq Azərbaycan xalqına xidmət edəcəyəm".

Görüşdə çıxış edən "Keşlə" qəsəbəsindəki məscidin axundu Hacı Sirac Səfərov deyib ki, Rövnəq Abdullayev verdiyi vədləri yerinə yetirib:

"O, qəsəbədə xeyli iş görüb. Biz xoşbəxtik ki, Rövnəq müəllim kimi millət vəkilimiz var. O, hər bir seçici ilə maraqlanır, dərdinə şərk olur. Bu il keçiriləcək parlament seçkilərində də Rövnəq müəllimə səs verəcəyik".

Müharibə veteranı Nizaməddin Ağamalıyev Rövnəq Abdullayevin qəsəbədə gördüyü işlərdən danışıb. O bildirib ki, qəsəbədə hamı görülən işlərdən razıdır:

"Yollar salınıb, məktəblər tikilib. O bir neçə dəfə imkansız şəxslərə, müharibə veteranlarına yardım edib. Biz onun fəaliyyətindən razıyıq. Ağsaqqal kimi tövsiyə edirəm ki, hamı bir nəfər kimi Rövnəq müəllimə səs versin. İnanıram ki, o, yenidən deputat seçiləcək".

Digər seçicilər də noyabrın 1-də keçiriləcək parlament seçkilərində Rövnəq Abdullayevə səs verəcəklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi