Deputatlar Avropa Parlamentini sərt tənqid ediblər

Deputatlar Avropa Parlamentini sərt tənqid ediblər Azay Quliyev: "Onlar Azərbaycanın milli maraqlarına xidmət edən siyasəti öz siyasətləri ilə əvəz etmək istəyirlər"
Daxili siyasət
14 Sentyabr , 2015 16:52
Deputatlar Avropa Parlamentini sərt tənqid ediblər

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Biz “Avronest”lə əməkdaşlıq etdik və onlar bunun qarşılığında bizə riyakarlıq, ikiüzlülük göstərdilər”. “Report” xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar plenar iclasının ikinci hissəsində çıxışı zamanı deputat Azay Quliyev bildirib. 

O qeyd edib ki, Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunan qətnamə qərəzlidir və yalanla doludur: "Qətnamədə o qədər absurd ifadələr var ki, bunu ciddiyə almamalıyıq. Onlar Azərbaycanın milli maraqlarına xidmət edən siyasəti öz siyasətləri ilə əvəz etmək istəyirlər”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib ki, bu qətnamə informasiya müharibəsinin bir hissəsidir: "Azərbaycanla bağlı qətnamənin lehinə səs verənlərin çoxu özlərini demokratiyanın carçısı adlandırır, hansı ki, onlar demokratiya olmayan ölkələrlə bağlı sanksiyaların qaldırılmasının tərəfdarıdırlar və bunu tələb edirlər. Avropa Parlamentinin qarşısında öz etirazlarımızı bildirməliyik. Biz müstəqil dövlət kimi böyük qardaşlara artıq "yox" demişik. İndi bizə ikinci böyük qardaş lazım deyil”. 

Deputat Fəttah Heydərov hesab edir ki, bu qətnamədən çox narahat olmaq lazım deyil: “Çünki Azərbaycan Prezidenti çox doğru siyasət yürüdür. Bu sənəddən çəkinmək, qorxmaq lazım deyil, sadəcə, ona qətiyyətlə cavab vermək lazımdır”.

Son xəbərlər

Orphus sistemi