Deputat: "SOCAR daim Azərbaycan iqtisadiyyatının flaqmanı olub"

Deputat: "SOCAR daim Azərbaycan iqtisadiyyatının flaqmanı olub" “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həm sovet dönəmində Azərneft adı ilə fəaliyyət göstərərkən, istərsə də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının flaqmanı olub. Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin böyük hissəsi neftin hesabına formalaşır”.
Daxili siyasət
15 Oktyabr , 2019 15:07
Deputat: SOCAR daim Azərbaycan iqtisadiyyatının flaqmanı olub

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həm sovet dönəmində Azərneft adı ilə fəaliyyət göstərərkən, istərsə də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının flaqmanı olub. Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin böyük hissəsi neftin hesabına formalaşır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, Azərbaycan dövlətinin inkişafında neftin inkişafı danılmazdır: “Bilirsiniz ki, neftlə bağlı siyasəti cənab Prezident İlham Əliyevin rəhbərliyilə SOCAR həyata keçirir. SOCAR-ın qazandırdığı o vəsaitlər olmasaydı, təbii ki, hansısa sosial layihələrin icrasından söhbət gedə bilməzdi. SOCAR-ın Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, hər hansı xırda elementlər buna kölgə salmamalıdır. Xüsusən də hansısa siyasi məqsədlər güdən radikal müxalifət görülən işlərə daş atmağa çalışmamalıdır. Ona görə də hesab edirəm ki, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan çoxsaylı kollektiv ləkələnməməli və onlar ruhdan salınmamalıdır”.

Deputat qeyd edib ki, bəzi hallarda xaricdən maliyyələşən radikal müxalifət tərəfindən Azərbaycana qarşı kampaniyalar həyata keçirilir: “Əgər belə olmasaydı, mütəmadi olaraq ayrı-ayrı xırda piketlər, narazılıqlar və yaxud da ki, mətbuatın ayrı-ayrı nümayəndələrini işə cəlb etməklə belə təxribatlar etməzdilər. Onların məqsədi Azərbaycanın daxilində yaranmış ictimai-siyasi sabitliyi pozmaqdır. Eyni zamanda onların hədəfi SOCAR-ın timsalında Azərbaycan dövlətidir. Onlar dövlətə qarşı hədyanlar səsləndirirlər. İndiki zamanda bizim hər birimiz üçün ən ümdə məsələ dövlətin müdafiəsi olmalıdır. Yəni, ilk növbədə, dövlətin ərazi bütövlüyünü, xalqın milli maraqlarını, sabitliyi qorumaq lazımdır. İstənilən halda konfliktlər yaradan şəxslər öz xalqına və dövlətinə xəyanət etmiş olur”. 

Son xəbərlər

Orphus sistemi