Deputat İraq Kürdüstanının "müstəqilliyini" dəstəkləyən şöbə müdirinin cəzalandırılması məsələsini qaldırıb

Deputat İraq Kürdüstanının "müstəqilliyini" dəstəkləyən şöbə müdirinin cəzalandırılması məsələsini qaldırıb Vahid Əhmədov: "Özü də bu məmurdur”
Daxili siyasət
2 Oktyabr , 2017 12:38
Deputat İraq Kürdüstanının müstəqilliyini dəstəkləyən şöbə müdirinin cəzalandırılması məsələsini qaldırıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Milli Məclisdə Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin cəzalandırılması məsələsi qaldırılıb.

"Report" xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov F.Tanrıverdiyevin cəzalandırılmasını təklif edib. “Zakir Qaralovdan xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirən mövqe sərgiləyən şəxslərlə bağlı tədbir görülsün. Necə ola bilər ki, sən üzərində Azərbaycan pasportu gəzdirirsən, amma Kürdüstan dövlətinin yaradılmasını təbliğ edirsən. Özü də bu məmurdur”.

Son xəbərlər

Orphus sistemi