Yuxarı

Deputat hökumətə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ləğv edilməsini təklif edib

Ziyafət Əsgərov: “Nə edirsiniz edin, amma ölməyə tələsməyin...

Bakı. 18 noyabr. REPORT.AZ/ Deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ləğv edilməsi təklifi ilə çıxış edib. “Report”un xəbərinə görə, deputat çıxışı zamanı deyib ki, ötən 7 il ərzində 45 min insan dövlət qulluğuna imtahandan keçib.

“Amma onların cəmi 4 mini dövlət qulluqçusu adını qazanıb. Qalanları isə dövlət qulluğuna layiq görülməyib. Düşünürəm ki, bu, universitetlərin özünün işinə Komissiyanın münasibətidir. Necə ola bilər ki, Azərbaycan universitetləri dövlət qulluğuna yararlı adamları yetişdirə bilməsin? Hesab edirəm ki, dövlət qulluğu sisteminin özündə bir sıra problemlər var. Mən hökumətə təklif edirəm ki, həmin qurumu ləğv etsin”, – deyə o bildirib.

Z.Oruc çıxışı zamanı sığorta məsələsinə də toxunub. O qeyd edib ki, deputatlar təxminən 64 min manat həcmində sığortalanırlar: “Lakin bu sığorta pulunu ala bilmək üçün az qala ölməliyik”.

Vitse-spiker Ziyafət Əsgərov isə Z.Orucun çıxışına belə reaksiya verib: “Nə edirsiniz edin, amma ölməyə tələsməyin..."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi