Yuxarı

Deputat Hacıbala Abutalıbovu tənqid edib

Kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının qapısı onun üzünə açıqdır?

Bakı. 15 mart. REPORT.AZ/ "Milli Məclis təkcə qanunverici orqan deyil, həm də xalqın ümid qapısıdır". "Report"un məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında hökumətin illik hesabatının müzakirəsi zamanı deputat Fəzail İbrahimli deyib. O hökumətin bəzi üzvlərinin əhaliyə və deputatlara açıq olmamasından şikayətlənib: "Hökumət üzvlərindən üz döndərənlər bizə üz tuturlar. Çünki biz sonuncu şikayətçini, seçicini qəbul edib, dinləyib qurtarana kimi Milli Məclisdən getmirik. Ona görə də hörmətli hökumət üzvləri, qapılarınızı insanların ümid yeri, elçisi olan deputatların üzünə açın. Qapılar var ki, taybatay açılır. Qapılar da var ki, oradan bir quş da uça və ya içəri girə bilməz.

Kim baş nazir Artur Rasi-zadədən inciyə bilər? Təbii ki, heç kim. Çünki onun qapısı hər zaman deputatların üzünə açıqdır. O, məmur əxlaqı məktəbinin yaradıcısıdır. Kim deyə bilər ki, daxili işlər naziri Ramil Usubovun qəbuluna düşə bilmir? O, hər zaman millət vəkillərinə qarşı sayğılı davranışı ilə seçilir. Bu, heç də yarınma deyil, mənim kiməsə yarınmağa ehtiyacım yoxdur. Amma kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının qapısı onun üzünə açıqdır? Bunu kim deyərsə, adı yəqin ki, "Ginnesin rekordlar kitabı"na düşə bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi