Deputat: “Gənclər postpandemiyada da ön cərgədə addımlayacaqlar”

Deputat: “Gənclər postpandemiyada da ön cərgədə addımlayacaqlar” “Ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qazanılan nailiyyətlərdən, uğurlardan gənclərə daha çox pay düşür. Bu da səbəbsiz deyil. Çünki onlar hər bir sahədə fəallığı ilə seçilir, iqtisadi, humanitar, sosial tədbirlərin təşkilində, ölkədə keçirilən seçkilərdə, beynəlxalq əməkdaşlığın inkişafında böyük rol oynayırlar”.
Daxili siyasət
568
26 Aprel , 2020 18:37
Deputat: “Gənclər postpandemiyada da ön cərgədə addımlayacaqlar”

“Ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qazanılan nailiyyətlərdən, uğurlardan gənclərə daha çox pay düşür. Bu da səbəbsiz deyil. Çünki onlar hər bir sahədə fəallığı ilə seçilir, iqtisadi, humanitar, sosial tədbirlərin təşkilində, ölkədə keçirilən seçkilərdə, beynəlxalq əməkdaşlığın inkişafında böyük rol oynayırlar”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Deputat qeyd edib ki, gənclər koronavirus pandemiyası ilə mübarizə dövründə xüsusi fəallıq göstəriblər: “Onlar hər kəsin ağır sınaq qarşısında olduğu bu çətin məqamda milli adət-ənənələrimizə sadiq qaldılar, əcdadlarımızdan bizə miras qalan böyüklərə hörmət, darda olanın köməyinə çatmaq kimi adətlərimizi yaşatdılar. Könüllülük prinsipini əsas tutaraq müxtəlif sosial layihələr həyata keçirən gənclərimiz var gücü ilə Prezident İlham Əliyevin siyasi iradəsi və təşəbbüskarlığı ilə ölkəmizdə həyata keçirilən koronavirus pandemiyası ilə mübarizə tədbirlərində yaxından iştirak edirlər”.

Milli Məclisin üzvü qeyd edib ki, innovativ, düşünən, hər zaman öz ideyaları və təklifləri ilə fərqlənən Azərbaycan gəncinin baxışları,məsələyə münasibəti postpandemiya dövrünə keçid aldıqda da hər bir kəs üçün maraqlıdır.

Müşfiq Cəfərov
Müşfiq Cəfərov

“Bir neçə gün əvvəl Gənclər və İdman Nazirliyinin gənc millət vəkillərinin, gənclər təşkilatlarının sədrlərinin iştirakı ilə keçirdiyi onlayn forumda postpandemiya dövründə gənclərlə iş sahəsində yeni üsullardan, innovativ metodlardan istifadə etməsinə xüsusi diqqət yetirildi. Forumda səsləndirilən fikirlər bir daha sübut etdi ki, Azərbaycan gənci hər zaman olduğu kimi, bu çətin məqamda da dövlətin, Prezidentinin yanındadır və ölkə vətəndaşını qorumaq üçün ən qabaqlayıcı tədbirləri dəstəkləyirlər. Eyni zamanda gənclərimiz postpandemiya dövründə dövlətin həyata keçirəcəyi tədbirlərə öz töhfəsini verməyə hazır olduqlarını da bəyan ediblər”, - deyə M.Cəfərov əlavə edib.

Deputat onu da vurğulayıb ki, XXI əsrin bəlası olan koronavirus biomüharibəsində ən böyük imtahanı verən bütün vətəndaşlar kimi, gənclərimiz də dövlət başçısının koronavirusla mübarizə sahəsindəki ardıcıl, yorulmaz və məqsədyönlü fəaliyyətini, ölkə vətəndaşlarının mənafelərinə həsr edilmiş ümummilli siyasətini ürəkdən dəstəkləyir və müdafiə edirlər: “Bu da onu göstərir ki, Prezident İlham Əliyevin ardıcıl dövlət siyasətinin əsasında qazandığı uğurların möhtəşəm yekunu kimi gənclərimiz postpandemiya dövründə daha böyük ruh yüksəkliyi ilə innovativ layihələr üzərində işləyəcək, dövlətin həyata keçirəcəyi proqram və layihələrdə çoşqu ilə ön cərgələrdə addımlayacaqlar”.

Son xəbərlər

Orphus sistemi