Gələcəkdə də bələdiyyələrin birləşməsi prosesi davam edəcək, çünki bu, bir çox dövlətlərdə tətbiq olunur.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov komitənin martın 1-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bu, Azərbaycan üçün də yeni təcrübə deyil: “Sayca 3-cü birləşmə prosesi gedir. Budəfəki birləşmə prosesi mexanizminə görə fərqlənir”.
K.Bayramov əlavə edib ki, bələdiyyə ərazisində olan əhali və təsərrüfat sayı azala da bilər. Çünki burada köç və miqrasiya məsələləri var: "Əgər bu olsa, bələdiyyələr öz rəyləri ilə Milli Məclisə müraciət edərək birləşmə haqqında məsələni qaldıra bilər. Gələcəkdə bu cür qanun layihələrinə təkrar düzəliş edilməsinə ehtiyac qalmayacaq. Bələdiyyə seçkilərinə bir il qalmış bu məsələlər öz həllini tapacaq, birləşmə baş verəcək”.