Deputat Bakıda idarəetmənin təkmilləşdirilməsini təklif edib

Deputat Bakıda idarəetmənin təkmilləşdirilməsini təklif edib “Azərbaycanda bir çox rayonların birləşdirilməsi məsələsinə indi baxmalıyıq”
Daxili siyasət
21 May , 2021 11:36
Deputat Bakıda idarəetmənin təkmilləşdirilməsini təklif edib
Fazil Mustafa

“Azərbaycanda bir çox rayonların birləşdirilməsi məsələsinə indi baxmalıyıq. Hesab edirəm ki, bunu Bakıdan başlamaq lazımdır. Bakının bu qədər rayonun olması idarəetmədə müəyyən problemlər yaradır”.

"Report"un xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, idarəetmənin çevikliyi baxımından da Qarabağa məcburi köçkünlər yerləşdirildikdən sonra bələdiyyə seçkiləri keçirilməlidir: “Ona görə də erkən bələdiyyə seçkiləri keçirmək olar”.

Son xəbərlər

Orphus sistemi