Yuxarı

Deputat Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən azad edilib

Sona Əliyeva bundan sonra parlamentin İnsan hüquqları komitəsinin tərkibində fəaliyyət göstərəcək

Bakı. 17 may. REPORT.AZ/ Milli Məclisin komitələrinin tərkibində dəyişiklik edilib. 

"Report"un məlumatına görə, bununla bağlı qərar parlamentin mayın 17-də keçirilən iclasında qəbul olunub. 

Qərara əsasən, deputat Sona Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən azad edilib. O, parlamentin Daxili Nizamnaməsinin 36-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq komitənin tərkibindən çıxarılıb.

S.Əliyeva bundan sonra parlamentin İnsan hüquqları komitəsinin tərkibində fəaliyyət göstərəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi