Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Nizamnaməsi təsdiqlənib Bakı. 23 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin nizamnamələrini təsdiq edib.
Daxili siyasət
23 Noyabr , 2018 11:21
Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Bakı. 23 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin nizamnamələrini təsdiq edib.

“Report” xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Qaydaya əsasən, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Mərkəzin işçiləri xüsusi xidməti geyim formasına malik olacaqlar.

Mərkəz aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

1. Agentlik tərəfindən təşkil olunan dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin fəaliyyətinin təmin olunması,

2. gəmilərdə liman və bayraq nəzarəti ilə əlaqədar yoxlamaların həyata keçirilməsi,

3. liman kapitanlarının fəaliyyətinin maddi və texniki təminatının həyata keçirilməsi,

4. bələdçi xidmətinin göstərilməsi,

5. dəniz üzgüçülüyündə naviqasiya təminatının həyata keçirilməsi.

Mərkəz bu Nizamnamə ilə müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

Müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Azərbaycan ərazisində yerləşən limanlarda liman kapitanlarının və gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərin işini təşkil edir. Azərbaycan Respublikasının ərazi sularında gəmilərin uzaq məsafədən tanınmasını və izlənilməsini Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq həyata keçirir. Mərkəz radar müşahidəsini və gəmilərin təhlükəsiz keçməsini təmin edir, gəmiləri radar vasitəsilə müşayiət edir. Neft məhsullarının dağılmasının nəticələrinin aradan qaldırılmasında iştirak edir. Gəmilərin Azərbaycan Respublikasının ərazi sularına daxil olmasının aşkar edilməsi, gəmilərlə rabitə əlaqəsinin yaradılması, hər bir gəmi haqqında məlumatları toplayır. Gəmilərin hərəkətinin daimi müşahidəsini həyata keçirir. Gəmilərin hərəkətinin idarə olunmasını, habelə gəmilər tərəfindən müəyyən edilmiş marşruta, sürətə və ara məsafəsinə riayət olunmasını təmin edir. Qəza-xilasetmə, dibdərinləşdirmə, yedək əməliyyatları zamanı koordinasiyanı təşkil edir. Liman akvatoriyasında radiorabitə vasitələri ilə danışıqların aparılmasını təşkil edir. Dənizdə gəmilərdə baş vermiş qəza hadisələrinin araşdırılmasında iştirak edir. Mərkəz gəmilərin hərəkətinin idarəetmə xidmətinin fəaliyyətini təşkil edir, gəmilərin və üzən vasitələrin uzaq məsafədən müşahidəsini həyata keçirir. Agentliyi və qanunvericiliklə müəyyən olunmuş qaydada digər dövlət orqanlarını dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair məlumatlarla təmin edir. Gəmilərə çağırış siqnallarının, gəmi radiostansiyasının fərdi çağırış nömrələrinin və gəmi peyk rabitə stansiyasının identifikasiya nömrələri də daxil olmaqla, müvafiq sənədlərin verilməsi üçün zəruri tədbirlər görülməsində iştirak edir.

Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı hüquqları həyata keçirir:

Müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək, Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən və milli mənsubiyyətindən (dövlət bayrağından) asılı olmayaraq, bütün dəniz gəmilərinə, liman və digər dəniz nəqliyyatı obyektlərinə maneəsiz daxil olmaq.

Mərkəzin nizamnamə fondunun məbləği 2 585 073 manatdır.

Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxs ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. İdarə Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. İdarənin fəaliyyətinin məqsədi gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün Azərbaycan Respublikasının ərazisində dəniz naviqasiya avadanlıqlarının və qurğularının quraşdırılmasından, habelə dəniz yollarına və dəniz kanallarına müvafiq xidmətlərin göstərilməsinin təmin edilməsindən ibarətdir.

İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dəniz yollarının və dəniz kanallarının dərinliyinin yoxlanılması və dib dərinləşdirmə işlərinin həyata keçirilməsi,

2. Azərbaycan Respublikasının ərazisində yeni dəniz naviqasiya avadanlıqlarının və qurğularının quraşdırılması, istismarda olan avadanlıq və qurğulara texniki xidmətlərin göstərilməsi,

3. İdarənin balansında olan dəniz nəqliyyatı vasitələrinin təmirinin vaxtında təşkil edilməsi,

4. İdarənin balansında olan dəniz nəqliyyatı vasitələrinin səmərəli istifadəsinə və istismarına nəzarətin həyata keçirilməsi,

5. Agentliyin göstərişinə əsasən, nəzarət müfəttişlərinin dəniz nəqliyyatı vasitəsilə təmin edilməsi.

Son xəbərlər

Orphus sistemi