​Azərbaycan Demokratiya və Rifah Hərəkatının Təşkilat Komitəsi yaradılıb - SİYAHI

​Azərbaycan Demokratiya və Rifah Hərəkatının Təşkilat Komitəsi yaradılıb - SİYAHI Təşkilat Komitəsi 17 nəfərdən ibarətdir
Daxili siyasət
15 Dekabr , 2014 12:47
​Azərbaycan Demokratiya və Rifah Hərəkatının Təşkilat Komitəsi yaradılıb - SİYAHI

Bakı. 15 dekabr. REPORT.AZ/ Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlunun təşəbbüsü ilə yaradılan Azərbaycan Demokratiya və Rifah Hərəkatının Təşkilat Komitəsi (TK) formalaşdırılıb.

Bu barədə "Report"a TK-nın üzvü Vurğun Əyyub məlumat verib. O bildirib ki, Təşkilat Komitəsi 17 nəfərdən ibarətdir: "Buraya Akif Nəcəfli, Dünyaxanım Cərullayeva, Hamlet Səfixanlı, Hüseyn Məlik, Ədalət Yusibov, Ənvər Əhməd, Ellada Məmmədli, İsmayıl Yusibov, Qubad İbadoğlu, Məhəbbət Murad, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Sədaqət Paşayeva, Səxavət Əlisoy, Taleh Əliyev və mən daxiləm. Hərəkatın təsisçilərdən bəziləri Təşkilat Komitəsinə öz təşəbbüsləri ilə qatılıblar. Təsisçilərə səlahiyyət verilib ki, siyahının sayında dəyişiklik etsin. Növbəti iclasda Təşkilat Komitəsinin üzvləri arasında iş bölgüsü aparılacaq".

Son xəbərlər

Orphus sistemi