Demokratiya və Rifah Hərəkatı dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib

Demokratiya və Rifah Hərəkatı dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib "Sənədlər "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanununa uyğun hazırlanıb"
Daxili siyasət
16 Mart , 2015 14:55
Demokratiya və Rifah Hərəkatı dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı rəsmi dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Bu barədə "Report"a hərakat sədrinin I müavini Vurğun Əyyub məlumat verib. O bildirib ki, sənədlər "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanununa uyğun hazırlanaraq, nazirliyə tədqim olunub.

Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis konfransı bu il fevralın 21-də keçirilib. Konfransda Müsavat Partiyasından kənarlaşdırılan başqanlığa sabiq namizəd Qubad İbadoğlu hərəkata sədr seçilib.

Son xəbərlər

Orphus sistemi