Azərbaycanda dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə cərimələr artırılır

Azərbaycanda dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə cərimələr artırılır Qanunu pozanlar 40 manat məbləğində cərimə ediləcək
Daxili siyasət
11 Dekabr , 2015 14:45
Azərbaycanda dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə cərimələr artırılır

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanda dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə cərimələr artırılır. "Report" xəbər verir ki, belə qanun pozuntusuna görə cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub.

Yeni məcəllənin 305-ci maddəsinə əsasən, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə - 40 manat məbləğində cərimə ediləcək.

Yeni İXM qəbul olunarsa, bu tələblər 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən belə qanun pozuntusu törədən şəxslərə xəbərdarlıq edilir və ya beş manatdan on beş manatadək miqdarda cərimə edilirdi.

Son xəbərlər

Orphus sistemi