Valeh Ələsgərov: “Dəm qazından zəhərlənmələr evlərdə tüstü bacalarının olmaması ilə bağlıdır”

Valeh Ələsgərov: “Dəm qazından zəhərlənmələr evlərdə tüstü bacalarının olmaması ilə bağlıdır” Milli Məclis sədrinin müavini: “Mənzildə yaşayan bilməlidir ki, qazın zəhərinin çölə çıxması üçün baca var, yoxsa yox”
Daxili siyasət
17 Mart , 2017 13:21
Valeh Ələsgərov: “Dəm qazından zəhərlənmələr evlərdə tüstü bacalarının olmaması ilə bağlıdır”

Bakı. 17 mart. REPORT.AZ/ “Dədə-babadan evlərdə odun yandıranda tüstü çıxan bacalar olurdu. İndisə qazın zəhərinin çıxması üçün bu yoxdur. Dəm qazından zəhərlənmə də buna görə olur”.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı parlament sədrinin müavini Valeh Ələsgərov deyib.
O bildirib ki, əhali buna ciddi diqqət yetirməlidir: “Mənzildə yaşayan bilməlidir ki, qazın zəhərinin çölə çıxması üçün baca var, yoxsa yox”.

Son xəbərlər

Orphus sistemi