​Gülağa Aslanlı: "Demokratiya və İnsan Haqları Mərkəzindəki bütün partiyaların blok yarada biləcəyinə ümidim azdır"

​Gülağa Aslanlı: "Demokratiya və İnsan Haqları Mərkəzindəki bütün partiyaların blok yarada biləcəyinə ümidim azdır" "Divanda bu məsələlər müzakirə olunacaq və cavab veriləcək"
Daxili siyasət
13 Yanvar , 2015 18:09
​Gülağa Aslanlı: Demokratiya və İnsan Haqları Mərkəzindəki bütün partiyaların blok yarada biləcəyinə ümidim azdır

Bakı. 13 yanvar. REPORT.AZ/ Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə (SPDİHM) daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşüblər.

Bu barədə "Report"a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, partiya rəhbərləri ilə görüşün məqsədi funksional əməkdaşlıqla bağlı olub: "Mərkəzdə olan partiyalar müxtəlif işçi qrupları şəklində partiyalarla görüşürlər. 8 siyasi partiya seçki öncəsi əməkdaşlıq barədə niyyət protokolu imzalayıb. Bəyannaməni bizə təqdim etdilər. Divanda bu məsələlər müzakirə olunacaq və cavab veriləcək”.

G.Aslanlı qeyd edib ki, Müsavat Partiyasının rəhbərliyi seçki ilə bağlı məsələlərin müzakirə olunmasını və sonda seçkilərdə qalib gələ biləcək komanda şəklində iştirakın mümkünlüyünü düşünür: "Burada hansı partiyalar olacağını indidən demək çətindir. Mərkəzdə olan bütün siyasi partiyaların seçki bloku yarada biləcəyinə ümidim azdır".

Son xəbərlər

Orphus sistemi