Yuxarı

​Daxili işlər nazirinin qəbulu və sıra baxışının vaxtı dəyişdirilib

Ramil Usubovun qəbulunun və sıra baxışının vaxtı iyunun 2-ə keçirilib

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bu il mayın 27-də Bərdə Rayon Polis Şöbəsində nəzərdə tutulmuş vətəndaşların qəbulunun və sıra baxışının vaxtı dəyişdirilib.

"Report" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili işlər nazirinin qəbulunun və sıra baxışının vaxtı iyunun 2-ə keçirilib.

Qeyd edək ki, həmin gün Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək, eyni zamanda, adları çəkilən ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə gənclərin qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcəkdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi